BolgeXeber.Com » Gündəm » "Azəriqaz"da kütləvi ixtisarlar nə ilə bağlıdır? - Narazılıq var

"Azəriqaz"da kütləvi ixtisarlar nə ilə bağlıdır? - Narazılıq var

7-01-2015, 12:35
Oxunub: 3 232 Əkbər Hacıyevin rəhbərliyi dövründə qaz sızmaları, partlayışlar daha da çoxaldı

Psixologiyamıza belə yeriyib ki, hansısa kadr dəyişikliyi oldusa, deməli, həmin qurumda inkişafa doğru addımlar atılacaq. Lakin həmişə belə olmur. Bunu biz "Azəriqaz" İstehsalat Birliyinə Əkbər Hacıyevin təyinatı ilə gördük. Sələfindən heç nə ilə geri qalmayan yeni sədr qurumu inkişaf etdirmək bir yana qalsın, hətta narazılıqlar yaratmaqla gündəmə gəldi. Rayon şöbələrində baş verən qanunsuzluqlar, mərkəzi şəhərlərə də gəlib çıxdı. Və nəticədə kütləvi ixtisarlar, narazılıqlar baş qaldırdı.

Hətta Əkbər Hacıyevin rəhbərliyi dövründə qaz sızmaları, partlayışlar daha da çoxaldı. Amma bütün bunlara görə, adıçəkilən şəxsə gözün üstə qaşın var deyən yoxdur. Cəzasızlıq mühitinə öyrəşmiş sədr necə istəyir elə də hərəkət edir.

Bu gün "Azəriqaz"da kütləvi ixtisarlar davam edir. Əsasən də belə addımlar rayon şöbələrində baş verir. Amma fikirləşilmir ki, ölkə başçısı yeni iş yerlərinin açılması istiqamətində yorulmadan addımlar atır. Və hətta deyərdik ki, yeni iş yerlərinin açılması dövlət siyasətinə çevrilib. Ölkə başçısının bu istiqamətdə atdığı addımlar fonunda Əkbər Hacıyevin rəhbəri olduğu qurumda baş verən ixtisarları heç cür qəbul etmək olmur. Belə çıxır ki, "Azəriqaz" rəhbərliyi dövlət siyasətinə qarşı çıxır. Bu məsələdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin da çiyninə böyük yük düşür. Amma nədənsə, Rövnəq-Əkbər birliyi sadə vətəndaşları işsiz qoyur.

Qəzetimizin əldə etdiyi məlumata görə, ixtasarların böyük əksəriyyətinin rayon şöbələrində aparılması səbəbsiz deyil. Bu da onunla bağlıdır ki, mərkəzi aparat hesab edilən "Azəriqaz" rəhbərliyi yerli şöbələrinin işinə etibar etmir. Bir sözlə, bütün işləri özləri aparmaq istəyir. Bu da, bəzi məsələlərdən xəbər verir. Əslində isə, universitet bitirib müəyyən biliklər qazanmış təcrübəli mütəxəssislər işlərini daha səmərəli qura bilərlər, nəinki başqa ixtisas sahibləri. Hazırda işlərin demək olar ki, bir əldə cəmlənməsinin nəticəsidir ki, bütün sahələrə nəzarət aşağı düşüb və bu da partlayışlarla, tələfatlarla müşahidə olunur.

"Azəriqaz" İsitehsalat Birliyi ilə bağlı araşdırma apararkən digər bir maraqlı məqamla da rastlaşdıq. Belə ki, hazırda demək olar ki, bütün ölkə üzrə qaz çəkilişlərini ayrı-ayrı şirkətlər həyata keçirir. Bu zaman isə, çəkiliş aparan şəxslərin hansı iş təcrübələrinin olub-olmaması sual doğurur. Amma vaxtilə "Azəriqaz"ın işçiləri bu işləri özləri görürdü. Elə bunun nəticələrindən biridir ki, hansısa vətəndaş mənzilinə qaz çəkdirirsə, mütləq rəhbər şəxslərin bığının altından keçməli, minnətçi düşməli və daha nələr-nələr. Hətta qaz xətti çəkilib sayğac qoyulsa belə, xəttə qazın verilməsi üçün yenə də "Azəriqaz"ın baş ofisinə müraciət olunmalıdır.

Təbii ki, belə orlanda bürokratik əngəllər yaranır. Amma bütün bunlara son qoyulmalı və işin təşkili normal şəkildə həyata keçirilməlidir. gundelik-bakı.com