BolgeXeber.Com » Gündəm » Qərib Məmmədovun Ağdaşdakı kadrından şikayət-FOTO

Qərib Məmmədovun Ağdaşdakı kadrından şikayət-FOTO

8-01-2015, 10:35
Oxunub: 2 984 “Əlimdə səs yazısı var”...

Bolgexeber.com-un redaksiyasına Ağdaş Rayonu Nizami küçəsi 2/10 ünvanında yaşayan Lələyev İbrahim Qüdrət oğlu tərəfindən şikayət ərizəsi göndərilib. Bolgexeber.com-a daxil olan müraciətdə bildirilir:

“Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini Ağdaş Rayon şöbəsinin müdiri Tariyel Məmmədov öz maddi maraqlarına görə bizi süründürməçiliyə məruz qoyub. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənə bildirdilər ilk növbədə torpaq sahəsinin kadastr planı alınmalıdır. Buna görə mən mənə məxsus hər iki torpaq sahəsinin sənədlərini Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin müdiri Tariyel Məmmədova özü dediyi kimi təqdim etdim.

Bu işin vaxt aparacağını mənə bildirdikdə razılaşdım. Təxminən 1 ay 15 gündən sonra Tariyel Məmmədovun qəbuluna getdikdə mənə “tez gəlmisən, bir az da gözlə, sənədləri baş idarəyə göndərmişəm, növbəti həftə ora gedəndə sənədləri gətirəcəm” dedi. Növbəti həftə onun qəbuluna gedəndə mənə eyni “gözləməli olacaqsan” cavabını verdikdə mən də onun sözünə şübhə yarandı.

Buna görə maraqlandıqda məlum oldu ki, Tariyel Məmmədov sənədləri heç bir yerə göndərməyib, yalan deyir. Buna etirazımı bildirdikdə, mənə dedi ki, “çıx get, hara istəyirsən şikayət et, baş idarə sənədlərini qəbul etmək istəmir, sənədlərin düz deyil”. Beləcə Tariyel Məmmədov bizi süründürməçiliyə məruz qoyub. Guya hər iki torpaq sənədlərində səhvlik var. Ancaq hər iki torpaq sənədlərimiz tam qaydasındadır.

Ağdaş rayon XDS İcraiyyə Komitəsinin 03.09.1990-cı il tarixli 12 saylı qərarı ilə ayrılmışdır. İndi Tariyel Məmmədovun belə özbaşınalığının bir səbəbi var ki, o kadastr planı çıxarışını havayı vermək istəmir, buna görə süründürməçilik yaradır ki, istədiyi pulu ala bilsin. Bizim isə ona veriləsi artıq pulumuz yoxdur, kasıb adamlarıq, kadastr çıxarışı almaq istədiyimiz faktiki həyatyanı torpaq sahəmizdir. Tariyel Məmmədovun mənimlə kobud rəftarını sübut edən audio səs yazısı da var.

Mən Tariyel Məmmədovun qanunsuz əməlləri barədə Prezidentə və Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova şikayət ərizəsi ilə müraciət etmişəm. İnanıram ki, ərizəm obyektiv araşdırılıb qanunu tədbir görüləcək”.

Qarşı tərəfi də dinləməyə hazırıq....
Bolgexeber.com