BolgeXeber.Com » Gündəm » İçindən siçan çıxan “Caillou” limonadı harda istehsal olunub?

İçindən siçan çıxan “Caillou” limonadı harda istehsal olunub?

8-01-2015, 19:30
Oxunub: 3 559 İmişlidə bir ailənin üç üzvünü zəhərləyən “Caillou” nişanlı limonad Bakıda zirzəmilərində birində fəaliyyət göstərən sexdə istehsal olunur

Axar.az-ın xəbərinə görə, bu məhsulların hər hansı firmaya və ya rəsmi qeydiyyatda olan şirkətə məxsusluğu barədə məlumat yoxdur. Məlumata görə, bu limonadın adı müasir dövrün məşhur cizgi filmindən götürülüb.

Uşaqların sevimli animasiya filmi olan “Kayu” limonada ad qoyulub. Bununla da sex insanların diqqətini cəlb etməyə çalışıb. Onu da deyək ki, paytaxt mağazalarında nadir hallarda bu içkiyə rast gəlmək olar.

Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti bu faktla bağlı araşdırmalara başlayıb.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib ki, adıçəkilən limonaddan İmişlidə bir ailənin 3 üzvü zəhərlənib. Rayonun Xəlifəli kənd sakinləri 2000-ci il təvəllüdlü Əliyeva İlkanə Kazım qızı, 2001-ci il təvəllüdlü Əliyev Cahid Kazım oğlu və 1997-ci il təvəllüdlü Əliyeva Türkanə Kazım qızı limonaddan zəhərləndiklərinə görə İmişli rayon xəstəxanasının infeksion xəstəliklər şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, hazırda onların vəziyyəti qənaətbəxşdir.

Uşaqların atasının dediyinə görə, limonadın içindən siçan çıxıb.
Bolgexeber.com