BolgeXeber.Com » Gündəm » Bakı Qida Sənayesi Kollecində "hörmət" məsələsi

Bakı Qida Sənayesi Kollecində "hörmət" məsələsi

9-01-2015, 11:00
Oxunub: 3 589 Görəsən, Mikayıl Məhərrəmovda bu qədər "öz güvən" hardandır?
Kolleci bazar, tələbələri isə alıcı gözündə görənlər...

Təhsilimizin durumu, verilən tədrisin keyfiyyəti bu gün hər kəsə bəlli olduğu kimi, o da bəllidir ki, təhsilimiz barədə nə qədər yazılsa, deyilsə də, çox təəssüflər olsun ki, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Elə bu səbəbdən də, günbəgün şikayətlərin sayı artır. Bizlər dəfələrlə təhsil sahəsində olan problemlərlə bağlı şikayətləri işıqlandırmış və gündəmə gətirmişik ki, heç olmasa məsələ araşdırılıb, problem həll edilsin.

Onu da qeyd edək ki, bu gün daxil olan şikayətlər sırasında orta məktəblər və kolleclər daha çox üstünlük təşkil edir. Bildiyimiz kimi, gənc nəslin savadlı yetişməsi üçün ilk növbədə normal təhsil verən məktəblər lazımdır. Orta məktəblərdən sonra isə, adı çəkilən ikinci təhsil ocağı texnikumlar və kolleclərdir. Lakin təəssüflər olsun ki, bu gün əksər kolleclər yalnız tələbələrin dediyi kimi desək, "vaxt öldürmək" üçün üz tutduqları məkandır. Bu gün həyata keçirilən bir sıra tədbirlərə baxmayaraq, orta ixtisas təhsili müəssisələrində bəzi nöqsanlar hələ də qalır. Belə nöqsanlarla bol olan və adı tez-tez mediada hallanan orta ixtisas təhsili müəssisələrindən biri məhz Bakı Qida Sənayesi Kollecidir. Bu kollec barədə mətbuat səhifələrində dəfələrlə tənqidi yazılar dərc olunub. Amma görünən odur ki, belə tənqidi yazılar kollecin direktoru Mikayıl Məhərrəmovu heç də narahat etmir. Çünki bu kimi durumlar Mikayıl Məhərrəmovu narahat etsəydi, kollecdə vəziyyət heç olmasa irəliləyişə doğru gedərdi. Amma təəssüf ki, əksi yaşanır. Bildiyimiz kimi, artıq imtanlar başlayıb və bu imtahanlarda tələbələri necə deyərlər təşvişə salıb. Ona görə ki, əslində bu təhsil müəssisəsində imtahanların nəticələri əməlli-başlı qiymət alveri predmetinə çevrilmişdir. Bütün bunlar əlbəttə ki, ölkənin ümumilikdə təhsil sisteminə, bir vətəndaş kimi hələ tam formalaşmamış gənc nəslin təlim-tərbiyəsinə çox böyük ziyan vurmuş olur. Hətta deyərdik ki, imtahan həyəcanı həm tələbələrin, həm də müəllimlərin canına vəlvələ salıb. Tələbələr ona görə qorxurlar ki, imtahanlardan kəsilə bilərlər. Müəllimlərin təşvişi isə ondan ibarətdir ki, rektorların tapşırdığını həyata keçirə bilməzlər. Bu gün Bakı Qida Sənayesi Kollecində kifayət qədər tələbə var ki, öz bilik və savadı ilə təhsil aldıqları kolleci bitirmək istəyirlər. Amma məlumdur ki, yalnız istək rol oynamır. Çünki bəzi müəllim və dekanlara "hörmət" etməsən, imtahandan kəsilmiş olursan. Bu gün Bakı Qida Sənayesi Kollecilə bağlı bizə daxil olan şikayətlərin siyahısı kifayət qədərdir. Şikayətçinin dediyinə görə, kollecdə kifayət qədər araşdırılmalı nöqsanlar var. Biz həmin nöqsanları sizlərin də diqqətinə çatdırmaq istərdik. Belə ki, kollecdə təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi kimi məsələlər, sanitar normaların gözlənilməməsi, imtahan sessiyaları zamanı tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunmadığı, tələbələrin aldıqları qiymətlərdən narazılıqları, tələbələrin müxtəlif bəhanələrlə imtahanlara buraxılmaması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsində yaradılan süni problemlər yer alır. Bundan başqa, kollecdə kifayət qədər tələbə var ki, onlar il ərzində dərslərə cəmi bir neçə dəfə gəlirlər. Belə ki, əgər hansısa tələbə dərsə gəlmirsə, ona bir şərtlə güzəşt edirlər ki, o da həmin tələbənin təqaüd kartının direktor Mikayıl Məhərrəmova verilməsindən sonra həyata keçə bilər. Bu isə, təbii ki, əməlli-başlı özbaşınalıqdır. Belə bir halın yaşanması yolverilməzdir. Nəinki belə bir halın, ümumiyyətlə, yuxarıda sadaladığımız nöqsanların heç biri yolverilməzdir. Və qısa bir zamanda aradan qaldırılmalıdır.
gundelik-baku