BolgeXeber.Com » Gündəm » Paris terrorçuları: “Təslim olmuruq, ölmək istəyirik...” - (Yenilənib )

Paris terrorçuları: “Təslim olmuruq, ölmək istəyirik...” - (Yenilənib )

9-01-2015, 15:50
Oxunub: 2 451 Fransada çoxlu adam girov götürülüb

“Charlie Hebdo” jurnalının redaksiya heyətini və iki polisi qətlə yetirən Əlcəzair əsilli terrorçular hazırda mühasirəyə alındıqları nəşriyyat binasında polisə təslim olmaqdan imtina edib.

Polis xüsusi əməliyyatı dayandırıb və bir neçə nəfəri girov saxlayan terrorçularla danışıqlara girib.

Lakin xüsusi əməliyyatın keçirildiyi Dammarten-an-Goel departamentinin yerli bələdiyyə şurasının deputatı İv Albarello bildirib ki, terrorçular təslim olmaq istəmədiklərini, döyüşərək ölmək, yaxud intihar etmək istədiklərini deyiblər.

Bundan əvvəl Fransa polisi bildirib ki, terrorçuları sağ ələ keçirməyə çalışır. Polis həmçinin girovların həyatını təhlükəyə atmayacaqlarını bildirib.

Terrorçu Kuaşi qardaşları Parisin şimalındakı sənaye rayonunda yerləşən nəşriyyat binasında mövqe tutublar və nəşriyyatın işçilərindən bir neçəsini girov götürüblər.virtualaz.org
***
Fransanın AFR xəbər agentliyi Parisin Şimal-şərqində girov krizi yaşandığı haqqında məlumat dərc edib.

Hadisənin Fransadakı basqınlarla əlaqəli olub-olmaması hələlik məlum deyil.

Bildirilir ki, Danmartin-en-golede şəhərində avtomobil dayanacağında "Pejo" markalı avtomobili oğurlayıb iki nəfəri isə girov götürüblər. Hadisə yerində polislə şübhəlilər qaçdı-tutdu "oynayır". Şübhəlilərin tutulması an məsələsidir. Bütün telekanallar isə canlı yayıma keçib. Bölgədə bir az əvvəl silah səsləri də eşidilib. Çox sayda yaralı var.

Fransanın daxili işlər naziri şübhəlilərin bir zavod binasına sıxışdırıldlğını açıqlayıb. Terrorçular zavodda da 10-dan çox adamı girov götürüb. "La Fiqaro” qəzeti bildirib ki, terrorçular danışıq aparmağa çalışır.

Cinayətkarları havadan 3 vertolyot da təqib edir. Ərazidə sakinlərin çölə çıxmasına qadağa qoyulub. Polislə cinayətkarlar arasında atışmada isə 1 nəfərin öldüyü bildirilsə də sonradan bu məlumat prokurorluq tərəfindən təkzib olunub.

Şübhəlilərin Şərif və Səid qardaşları olduğu artıq təsdiqlənib. Terrorçu qardaşlar hazırda mühasirəyə alınıb.
Fransa prezidenti Fransua Olland isə çıxış edərək bildirib ki, terror həyata keçirənlər hələ ki, həbs olunmayıb.
Əməliyyata 90 min polis və əsgərin cəlb olunduğu bildirilir.

Ərazidəki məktəblər bağlanıb. İstər fransızlar, istərsə də müsəlmanlar böyük narahatlıqla bir an əvvəl hadisənin yekunlaşmasını gözləyir.


Təfərrüat olacaq...