Yasamal sakini mərcdə uduzduğuna görə intihar edib
10-01-2015, 15:20
Oxunub: 3 886
K.Ağayevin intihar etməsinə səbəb onun idman-mərc oyunlarında uduzması ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi olmuşdur
Yanvarın 8-də saat 12 radələrində Bakı şəhər sakini Kamran Ağayevin Yasamal rayonu ərazisində meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülmüş və digər təxirəsalınmaz prosessual hərəkətlər aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilmiş, o cümlədən mərhumun ailə üzvləri və digər yaxın qohumları şahid qismində dindirilib.
İlkin ehtimallara görə K.Ağayevin intihar etməsinə səbəb onun idman-mərc oyunlarında uduzması ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi olmuşdur. Lakin mərhumun intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində digər fərziyyələr ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər