BolgeXeber.Com » Gündəm » "Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti Etibar Pirverdiyevin üzərinə düşəcək"

"Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti Etibar Pirverdiyevin üzərinə düşəcək"

12-01-2015, 11:25
Oxunub: 5 920 2-ci qrup əlil Eldəniz Həşimov: «Villa sahiblərindən 1 milyon manat alıb, yüksək gərginlikli elektrik xəttini mənim torpağımdan keçiriblər»

«Mən üzləşdiyim qanunsuzluqdan, süründürməçilikdən bezmişəm. Əgər buna görə intihar etsəm, məsuliyyəti "Azərenerji" ASC-nin Prezidenti Etibar Pirverdiyevin üzərinə düşəcək». Bu sözləri Bolgexeber.com-a 2-ci qrup əlil, Qarabağ qazisi Eldəniz Həşimov yazıb.
Həşimov yazır ki, 1 ildən çoxdur ona zülüm verirlər.Belə ki, Bakı şəhəri, Binəqədi bələdiyyəsindən 20 sentyabr 2007-ci il tarixli 561 saylı qərarla 600 kvadrat metr ölçüdə fərdi mənzil tikintisi üçün torpaq sahəsi alıb. «Həmin torpaq sahəmin təxminən 50 metrliyində möhtəşəm villalar var ki, onların 3 metrliyindən yüksək gərginlikli elektrik xətti keçirdi. Həmin villaların sahbləri küllü miqdarda pul verib elektrik xəttinin yerini qanunsuz olaraq dəyişdirtdirərək, 50 metr qarşı tərəfə mənim torpaq sahəmin üzərinə yerləşdirmişdilər. Sizə təqdim etdiyim fotolarda yüksək gərginlikli elektirik xəttinin əvvəlki yeri, yerdəyişmə vaxtı (yerə aşırdılmış böyük elektirik dirəyi) mənə məxsus torpağın üzərindəki hazırki vəziyyəti aydınlaşdırır. Bütün proseslərin fotosunu çəkmişik».

Qarabağ qazisi bildirir ki, bu qanunsuzluğu "Azərenerji" ASC-nin Prezidenti Etibar Pirverdiyev özünün şəxsən tapşırığı ilə ediblər. «Çünki həmin villaların sahibləri buna görə 1000.000 ( bir milyon) manat pulu Etibar Pirverdiyevə veriblər. Mənim çoxsaylı şikayətlərimdən sonra Abşeron Regional Elektirik Şəbəkəsi tərəfindən başdan sovdu araşdırma aparıb, əsassız cavab vermişdilər ki, guya, yüksək gərginlikli elektirik xəttinin yerini dəyişəndə Reyestr Xidmətindən cavab alınıb ki, həmin ərazidə mülkiyyət yoxdur. Ancaq əslində bu yerdəyişməni etməməzdən əvvəl həmin ərazi üzrə bələdiyyədən, Torpaq və Xəritəçəkmə Komitəsinin Binəqədi rayon şöbəsindən qanunu qaydada öyrənilməli idi ki, bu ərazidə kimə məxsus mülkiyyət var. Verilən 1000.000 manat rüşvətə görə mənim torpağımı Etibar Pirverdiyev qanunsuz olaraq zəbt edib».

Eldəniz Həşimov daha sonra yazır ki, bir ildir süründürməçilikdən əziyyət çəkir. «Belə olur ki, Qarabağ qaziləri intihara əl atırlar. Saxtakar, rüşvətxor məmurlar qanunsuz, özbaşına əməlləri ilə insanları özünü öldürmə həddinə çatdırırlar. Əgər mənim qanunu torpağım özümə qaytarılmasa və yaxud, eyni ölçüdə mənə başqa ərazidən torpaq sahəsi verilməzsə, özümü yandıraraq intihar edəcəm».
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com