BolgeXeber.Com » Gündəm » “Papanin” sakinləri “zibilə” düşüblər-VİDEO

“Papanin” sakinləri “zibilə” düşüblər-VİDEO

12-01-2015, 15:05
Oxunub: 4 184 "Xeyli vaxtdir ki gəlib zibilləri yığmırlar"

Bakının “Papanın” kimi tanınan 3-cu Alatava yaşayış ərazisində yaşayan sakinlər sözün həqiqi mənasında zibilə düşüb desək yanılmarıq . Artıq 3- cü dəfədir ki, sakinlərin şikayəti əsasında zibilliklə bağlı ərazidə çəkiliş aparmağımıza baxmayaraq heç bir aidiyyətı orqan bu məsələ ilə əlaqədar sakinlərin şikayətinə baxmır. Sakinlər bildirdiyinə görə zibilliklə yanaşı istifadə etdikləri gediş -gəliş yolları da bərbad vəziyyətədir .Bizdə BTV(Bolgexeber.TV) olaraq yenidən sakinlərin şikayəti əsasında “Papanin” kimi tanıığımız 3-cu Alatavaya yollandıq .getdiyimiz yol boyu isə küçələrdəki zibillikləri sizədə çəkib göstəririk
Elə əraziyə çatmışdıq ki,sakinlərin dediyi kimi zibil qutularının aşıb- daşdığının bizdə şahidi olduq.
Ərazidə yaşayan şikayətçilərdən biri bildirdi ki, zibillər vaxtı-vaxtında yığılırdı şikayətimiz yox idi, amma artıq xeyli vaxtdir ki gəlib zibilləri yığmırlar. Şikayətçi həm də bildirdi ki, zibildən başqa bizi ən çox narahat edən məsələlərdən biri də istifadə etdiyimiz gediş- gəliş yollardan suyun axmasıdır ki, biz də bu kuçələrdən istifadə edə bilmirik və Ərazi üzrə Mənzil İstismar Sahəsinə müracəit etsək də, dərdimizə əlac edilmir.
Məsələ ilə bağlı biz də 59 saylı MİS-ə yollandıq .Bir xeyli vaxt bizi qapı arxasında gözlətdirdikdən sonra muhasib xanım onların həmin əraziyə baxmadıqlarını bildirdi və bizi başqa bir adama yönləndirdi. Lakin həmən şəxs bizlə əlaqə saxlayacağını bildirsə də sonradan açıqlama verməkdən imtina etdi.
Təəssüflər olsun ki, belə görünür “Papanin” sakinləri bir müddətdə düşdükləri “zibildən” yaxa qurtara bilməyəcəklər…
Bolgexeber.com