Paytaxtdakı məşhur mağazada biabırçı durum
12-01-2015, 15:00
Oxunub: 3 437
"28 Mall" ticarət mərkəzindəki ZARA geyim mağazasındakı vəziyyət malların qiymətləri ilə müqayisədə çox ucuzdur.
"28 Mall"dakı ZARA mağazasında qiymətlərin hansı həddə olduğunu bilirdim. Onu da bilirdim ki, ZARA özünü orta və yüksək təbəqəyə xidmət göstərən sanballı brend kimi təqdim edir. Ancaq bilmirdim ki, mağazanın geyinmə otaqları ticarət mərkəzindəki tualetlərlə də müqayisə oluna bilməz".
Bizimyol.info xəbər verir ki, bu sözləri Radio ANTENN 101FM-in xəbər aparıcısı Əzizə İsmayılova özünün Facebook səhifəsində yazıb.
Mağazaya alış-veriş etməyə gedən aparıcı gördüklərindən şoka düşüb. Bahalı brend mağazasında belə natəmizliyin şahidi olacağı heç ağlına da gəlmirdi.
"Sanki geyinmə otağına deyil, zibil qabına girirsən! Kabinalarda toz dizə qədərdir. Satıcılardan biri dedi ki, xadimələrə pul vermək istəmirlər. Ona görə də geyinmə otaqları bu gündədir", - xanım aparıcı qeyd edib.
Əzizə İsmayılova şahid olduğu görüntü ilə bağlı mağazanın meneceri ilə də söhbət edib. Aralarındakı dialoq belə olub:
- Ora çirklidir, çünki çatdırmırıq.
- Necə çatdırmırsınız? Özünüz şəxsən təmizləyirsiniz?
- Əlbəttə ki, yox!
- Satıcılar təmizləyir?
- Xeyr.
- Bəs xadimələr başqa işlə də məşğul olurlar?
- Xeyr... Biz sadəcə çatdırmırıq...
Daha sonra aparıcı bildirib ki, kassada duran satıcılar, müştəri ilə çox sərt və saymazyana davranırlar:
"İnsan məcburən bir sualı 2-3 dəfə verməli olur, "xanım, sizin meneceri necə görə bilərəm?" sualını xanım satıcı eşitməzdən gəldi. Səbr etdim. Bir də sual verdim və gözlədim. Düz 10 dəqiqə sonra səsimi yüksəltmək zorunda qaldım. Bu dəfə xanım, çox böyük bir əda ilə oğlan əməkdaşlardan birini menecer arxasınca göndərdi.
Mağazada etdiyim müşahidə zamanı da anlamadığım durum vardı. Bir xanım mağaza işçisindən ona şalvar seçimində kömək etməsini istədi. İşçinin cavabı isə “xanım, şalvarlar ordadı, gedin baxın” deyib istiqamət göstərmək oldu.
Qiymətləri kifayət qədər yuxarı olan bu dükanda insanlara münasibətin bu qədər aşağı olmasının səbəbi hələ də mənə aydın deyil".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər