BolgeXeber.Com » Gündəm » Prokurorluqdan 14 saylı kolonda öldürülən məhkumla bağlı – Açıqlama

Prokurorluqdan 14 saylı kolonda öldürülən məhkumla bağlı – Açıqlama

12-01-2015, 18:50
Oxunub: 3 418 "Bir qrup məhkum baş vermiş hadisədən istifadə edərək rejim qaydalarını pozub...

Baş Prokurorluq məhbus Elşad Babayevin döyülərək öldürülməsi ilə bağlı bir neçə həftədir mediada yayılan xəbərlərə münasibət bildirib.
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, ötən ilin dekabrın 22-də saat 07 radələrində Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsindən məhkum Babayev Elşad Səid oğlunun ölümü ilə bağlı daxil olan məlumata əsasən Qaradağ rayon Prokurorluğunun müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertinin və Ədliyyə Nazirliyinin Tibb Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İlkin araşdırma ilə müəyyən edilib ki, müəssisədə cəza çəkən bir qrup məhkum baş vermiş hadisədən istifadə edərək rejim qaydalarını pozub, əməkdaşların tələblərinə əməl etməyək müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlərə yol veriblər.

Bununla əlaqədar E.Babayevin ölümünün səbəblərinin, habelə həmin məhkumların qeyd olunan hərəkətləri nəticəsində dəyən ziyanın müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib. Eləcə də müəssisə əməkdaşları və məhkumlardan izahatlar alınıb, E.Babayev barədə aidiyyəti sənədlər, o cümlədən tibbi sənədlər götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Penitensiar Xidmət tərəfindən hadisə üzrə xidməti yoxlama və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib, toplanmış sənədlər aidiyyəti üzrə prokurorluğa göndərilib.

Qaradağ rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir.
Bolgexeber.com