"Hilton Baku"da 3 otaqlı mənzil 1,8 milyon manata satılır
12-01-2015, 19:05
Oxunub: 3 677
“Hilton Baku” otelində yerləşən mənzillər 1,8 milyon manata satışa çıxardılıb.
Yerli əmlak saytlarında verilən məlumatlara görə, 20 mərtəbəli “Hilton Baku”nun 11-ci mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 183 m2 təşkil edir. 3 otaqlı mənzil 1,8 milyon manata təklif olunur (1 kv.m-i 9800 manat).
Sonuncu dəfə “Hilton Baku Resedanse”də mənzil alıcılarına 1,3 milyon manata təklif olunurdu. Qiymətə baxmayaraq, boş mənzil yox idi.
Bundan başqa, “Hilton Baku Resedanse”də ümumi sahəsi 200m2 3 otaqlı mənzil də 1,8 milyon manata satışa çıxardılıb (1 kv.m-i 9000 manat). Həmin mənzil mehmanxananın 12-ci mərtəbəsində yerləşir.
“Hilton Baku” hələlik mənzil təklif edən yeganə paytaxt mehmanxanasıdır. Belə apartamentlər “Flame Tower” otelində var, amma bu binada mənzillər hələ satışa çıxardılmayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər