Yanvarın 17-dən hava soyuyacaq, temperatur 2-5 dərəcə düşəcək
15-01-2015, 13:55
Oxunub: 3 415
Meteohəssas insanlarda narahatlıq yarana bilər
Yanvarın 17-dən Azərbaycan ərazisində hava şəraiti qeyri-sabitləşəcək və bu proses yanvarın 19-dək davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, 17-19 yanvar tarixlərində Azərbaycanda qeyri-sabit hava şəraiti gözlənilir, fasilərlə yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-5 dərəcə enəcək.
Yanvarın 16-da isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərində duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək və arabir güclənəcək.
Havanın temperaturu gecə 1-4, gündüz 7-11 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında gecə və səhər saatlarında duman, çiskin olacağı gözlənilir. Lənkəran-Astara bölgəsində isə yağıntılı olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-7 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, yanvarın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Yanvarın 17-18-də isə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcəyi, rütubətliyin artacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər