BolgeXeber.Com » Gündəm » Aslan Aslanovun oğlunun qatilinun həbsdə övladı oldu – Şok

Aslan Aslanovun oğlunun qatilinun həbsdə övladı oldu – Şok

17-01-2015, 14:55
Oxunub: 2 643 Nişanlısı V.Əliyev Qobustan qapalı həbsxanasında saxlanılır

Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu öldürən qadın barəsində sensasion məlumat yayılıb.

Bolgexeber.bildirir ki,axar.az-a mötəbər qaynaqdan verilən xəbərdə iddia olunur ki, keçmiş başçının oğlu Ruslan Aslanovu qətlə yetirən Lamiyə Quliyeva həbsxanada övlad dünyaya gətirib.

Hazırda 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan L.Quliyevanın oğlunun olduğu bildirilir. Aslanovun oğlunu nişanlısı Vüqar Əliyevlə birlikdə qətlə yetirən qadının həbsdə necə uşaq dünyaya gətirməsi müəmma olaraq qalır. Məlumatda bildirilir ki, nişanlısı V.Əliyev Qobustan qapalı həbsxanasında saxlanılır.

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov açıqlamasında belə bir məlumatın ona da daxil olduğunu təsdiqlədi. E.Behbudov bildirdi ki, bu yaxınlarda bir qrup məhkumun valideyni ona müraciət edib. Görüş zamanı müzakirələrdə məhbus valideynləri L.Quliyevanın övlad dünyaya gətirdiyini bildirib.

“Lamiyə Quliyevaya 10 il iş kəsilib. Onun nişanlısı isə Qobustanda saxlanılır. Mənə də təəccüblü gəldi ki, bu, necə ola bilər? Açığı, özüm araşdırma aparmamışam. Bir qrup məhkumun valideyni ilə görüşdə bu məlumatı verdilər. 4 saylı cəzaçəkmə müəssisəsində qadın dustaqlar var. Bəs, bu uşaq göydən gəldi, ya möcüzə olub, xəbərimiz yoxdur. Hesab edirəm ki, Penitensiar Xidmətin buna aydınlıq gətirməsi yaxşı olardı”, - deyə komitə sədri vurğuladı.

Onun sözlərinə görə, L.Quliyevanın olduğu həbsxanada yalnız rəis və nəzrətçilər kişidir:

“Həbsxanada yalnız qadın dustaqlar var. Bu nə oyundur, anlamaq olmur. Lamiyə Quliyevanın əri yoxdur, nişanlısı Qobustan qapalı həbsxanasındadır. Bəlkə uşağın atası hansısa nəzarətçidir? Hər halda, araşdırma aparılmalıdır”.

Xatırladaq ki, V.Əliyev və onun nişanlısı L.Quliyeva 2003-cü ilin mayında Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

A.Aslanov Kənd Təsərrüfatı nazirinin müavini işləyib, keçmiş nazir Səfər Əbiyevin isə kirvəsidir.