Bolge TV-nin rəhbəri Ramil Usubova müraciət etdi
21-01-2015, 07:20
Oxunub: 4 553
İnspektor jurnalist ilə çox kobud davranmış və xidməti vəzifədə olan məmura yaraşmyan qeyri-etik ifadələr işlətmişdir
BTV.AZ-ın(Bolge TV )rəhbəri Vasif Turanın Bolgexeber.com-a bildirdiyinə görə dünən saat 16:40 radələrində 20 Yanvar dairəsinin yaxınlığında "Mitsubishi" markalı 99-HR-044 dövlət nömrə nişanlı avtomobil ilə hərəkət edərkən Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşlarının qanunsuzluğu ilə üzləşib. Belə ki, BTV.AZ-ın rəhbərinin dediyinə görə döş nişan nömrəsi 0628 olan Pərviz adlı inspektor onun idarə etdiyi maşını saxladıqda o sakitcə, qanunuyğun şəkildə sənədlərini təqdim edib və kəmər bağlamadığına görə ona cərimə yazılmasına heç bir etiraz etməyib. Lakin bunun əvəzində inspektor jurnalist ilə çox kobud davranmış və xidməti vəzifədə olan məmura yaraşmyan qeyri-etik ifadələr işlətmişdir. Vasif Turan Pərviz adlı inspektora "əgər qaydaları pozmuşamsa buna müvafiq protokol yazın mən gedim" desə də inspektor Bolge TV-nin rəhbərini əmrə tabe olmamaqda-maşını guya saxlanıldığı yerdən 30-40 metr məsafədə aralı sürəndən sonra saxlamaqda ittiham etmiş və üstəlik bildirmişdir ki, avtomobilin axtarışda olub-olmadığını yoxlaycaq. Avtomobildə olan BTV.AZ-ın əməkdaşı mobil terefonla danışdığı zaman isə yol polisi telefonla özünün çəkilməsini düşünərək bütün əndazəni və qanunları aşaraq kobud şəkildə maşının sürücü oturan hissəsindən zorla salona daxil olmuş və Bolge TV-nin əməkdaşının əlindən telefonu kobud surətdə almışdır. Onun bu qanunsuz hərəkətinə "siz nə haqla ,hansı qanunla və ixtiyarla başqasının maşınına icazəsiz daxil olub zorla başqasının mobil telefonunu alırsınız?!" deyə etiraz edəndə inspektor arxayıncasına"Əcəb edirəm"deyib. Ən dəhşətlisi isə odur ki, bütün bunlar yaxınlıqda keçirilən reyddə iştirak edən Bakı şəhər Dövlət Yol polisi idarəsinin şöbə rəisi Vaqif Əsədovun düz gözü qabağında baş vermişdir. Lakin buna baxmayaraq məsələyə heç bir reaksiya verilməmişdir. Məsələ ilə bağlı BTV.AZ-ın rəhbəri Vasif Turan artıq Daxili işlər naziri Ramil Usubova müraciət etmişdir. Maraqlıdır ki, jurnalistlətə qarşı kobudluq edən və onları qanunları pozmaqda ittiham edən Pərviz adlı inpektor ərazidən keçən və yol-hərəkəti qaydalarını pozan çoxlu sayda avtomobilə heç bir reaksiya verməyib. Bu da onu deməyə əsas verir ki, həmin inpektor üçün qanunların aliliyi heç də əsas deyil.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər