Pullu ali təhsil gələn ildən ləğv edilir
20-01-2015, 09:55
Oxunub: 3 666
Təhsil Nazirliyi 2018-2020-ci illər ərzində təhsil müəssisələrinə maliyyə verilməsinin normativ hüquqi bazasının yaradılmasını təmin etməlidir
Azərbaycanda təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində atılacaq addımar müəyyənləşib.
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ına əsasən Nazirlər Kabineti 2015-2016-ci illər ərzində mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanması və təsdiq üçün təqdim olunmasını təmin etməlidir.
Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə 2016-cı ildən başlayaraq, mütəmadi ali və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul və yerləşdirmə mexanizmini tətbiq etməlidir. Eyni zamanda Təhsil Nazirliyi 2016-cı ildə təhsil müəssisələrinin reytinq sisteminin yaradılmasını, Nazirlər Kabineti və Təhsil Nazirliyi 2018-2020-ci illər ərzində təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətin verilməsinin normativ hüquqi bazasının yaradılmasını təmin etməlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər