BolgeXeber.Com » Gündəm » Rektorun yataqxanası niyə sökülmədi?

Rektorun yataqxanası niyə sökülmədi?

21-01-2015, 14:15
Oxunub: 3 527 Bakı Dövlət Universitetinə aid yataqxananın söküntüsü dayandırılıb

Bolgexeber.com bildirir ki,tia.az-ın əldə etdiyi məlumata görə, söküntü işlərinin dayandırılmasına səbəb qarşıdan gələn Avropa Yay Oyunları ilə bağlı hazırlıq işləridir. BDU yataqxanasının yerində yenisi inşa olunacaq. Yayda keçiriləcək yarışmaya görə layihə müvəqqəti ertələnib.
Bakının digər ərazilərində də meqalayihələr müvəqqəti dayandırılıb, ətraf ərazilərdə isə kosmetik abadlaşdırma işləri aparılır.
Bildirək ki, yataqxananın söküntüsünə 2013-cü ilin martında başlanılıb. Lakin ötən ilin yayında işlər müvəqqəti dayandırılmışdı. Universitetin təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı lazımi vəsaitin yetərsizliyini əsas gətirmişdi. Maliyyə Nazirliyi isə tikinti üçün 100 milyon manat vəsaitin ayrılacağını bildirmişdi.
Bolgexeber.com