BolgeXeber.Com » Gündəm » Ucar sakini pulunu mənimsəyən FHN-nin polkovnikindən nazirə şikayət edir

Ucar sakini pulunu mənimsəyən FHN-nin polkovnikindən nazirə şikayət edir

22-01-2015, 02:15
Oxunub: 3 782 "FHN-nin polkovniki Əlövsət Məhərrəmov bizdən işə götürmə adı ilə 6050 almışdır"

Ucar Rayon sakini Vaqif küçəsi, ev 13-də yaşayan Kərimov İsmayıl İsrayıl oğlu redaksiyamızın elektron poçtuna şikayət ərizəsi ünvanlayıb.Bolgexeber.com-a yazan narazı vətəndaş fırıldaq qurbanı olmasından şikayət edir. Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Mətbuatda FHN-nin polkovniki Əlövsət Məhərrəmovun bizi aldadıb bacım oğlu Raufu Ucar Yanğından Mühafizə Xidmətinə işə düzəltmək üçün 6050 manat rüşvət alması barədə şikayət ərizəm dərc edildikdən sonra onun Ərzuman adlı müavini mənə zəng etdi və heç yerə şikayət etməməyi xahiş edib pulu 15 yanvarda qaytaracağına söz verdi. Həmçinin Fövqəladə Hallar Nazirliyinə göndərdiyimiz şikayət ərizəsi ilə əlaqədar oranın Vüqar adlı əməkdaşı məni FHN-nə çağırdı. Ancaq polkovnik Əlövsət Məhərrəmovun Ərzuman adlı müavini and içdiyinə görə ki pulumuzu qaytaracam, mən FHN-nə getmədim.

15 yanvar oldu, “sabah-sabah” deyə-deyə axırda telefonumuza cavab vermədi. Polkovnik Əlövsət Məhərrəmovun və onun Ərzuman adlı müavininin dələduzluq cinayətləri barədə dünən bütün aidiyyətı orqanlara şikayət ərizələri ilə müraciətlər göndərdik. Bizi aldadıb 6050 manat pulumuzu almış polkovnik Əlövsət Məhərrəmovun FHN-nə heç bir aidiyyatı olmadığını Nazirliyin Vüqar adlı əməkdaşı telefonda mənə bildirdi. Ancaq məndə şübhə yarandı ki, necə olur bu dələduz polkovnikin verdiyi sənədə əsasən bacım oğlu Rauf Mehdiyev Ucar Yanğından Mühafizə Xidmətində 3 ay kurs keçmişdir. Dələduz polkovnik Əlövsət Məhərrəmovun Ərzuman adlı müavini ilə aramızda olan bütün telofon danışıqlarının səs yazısı var ki, bizdən işə düzəltmə adı ilə 6050 manat rüşvət almalarını etiraf edir. Qeyd edim ki, onlar bu vəzifədən əvvəl də başqa vəzifədə bir yerdə işləyiblər. Çıxılmaz vəziyyətdə qalmışıq çünki bu pulu borc alıb bu dələduzlara vermişdik. Dedik, bacım oğlu işə düzələr işləyib pulu ödəyər. Ancaq bu azğınlaşmış dələduzlar bizi aldadıb pulumuzu mənimsədilər.

Qeyd edim ki, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Komissiyasının rəisi polkovnik Əlövsət Məhərrəmov bizdən işə götürmə adı ilə 6050 ( altı min əlli ) manat almışdır. Bacımın övladı Mehdiyev Rauf Səfər oğlunu Dövlət Yanğından mühafizə Xidmətinin Ucar rayon Şöbəsinə işə qəbul etmək üçün polkovnik Əlövsət Məhərrəmov keçən ilin yanvar ayı tarixində bizdən 3500 manat işə qəbul üçün , Ukraynada bu ixtisas üzrə oxumaq adı ilə 2300 mant və kurs pulu üçün isə 250 manat pul aldı.Bacım oğlu Rauf 3 ay kursa getdi, imtahan verib qəbuldan keçdi və əmrini aldı. Sonra Polkovnik Əlövsət Məhərrəmov bizə bildirdi ki, 12 sentyabrda Raufu oxumaq üçün Ukraynaya göndərəcəyəmvə bundan sonra işə qəbul edəcəyəm. Ancaq deyilən tarixdə göndərmədi və bildirdi ki, bu il qaldı gələn il göndərəcəyik və həmin vaxta kimi gözləməli olacaq.

Bu cinayət hadisəsi barədə Prezidentə, FHN-nin naziri Kəmaləddin Heydərova , Baş Prokurora , Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və sairə orqanlara şikayət ərizəsi ilə müraciət etmişik.İnanırıq ki, obyektiv araşdırıb onların barəsində qanunu tədbirlər görəcəklər.Onlarn bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci ( vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci ( rüşvət alma) maddələrinin tərkibini yaradır.Bunu təsdiq edən konkret subutlar var.Mən mətbuat vasitəsi ilə Nazir cənab Kəmaləddin Heydərova müraciət edirəm.Cənab Nazir Sizdən xahiş edirəm FHN-nin Mülki Müdafiə Komissiyasının Rəhbəri polkovnik Əlövsət Məhərrəmovun bizdən işə götürmə adı ilə aldadıb aldığı 6050 manat pulumuzu qaytarmağa tapşırıq verib onun barəsində qanunu tədbir görəsiniz.Bu dələduzlar Sizin FHN-də yaratdığınız nizam-intizama, qanun-qaydaya cinayət əməlləri ilə kölgə salırlar.Bunun qarşısı təcili alınmalıdır.Mən həmçinin FHN-niə elektron müraciət vasitəsi ilə də şikayət göndərmişəm.Bu dələduzların səs yazıları da var ki, zərurət olarsa təqdim edəcəyəm.İnanırıq ki, Cənab Nazir Kəmaləddin Heydərov qanunu tədbirlər görəcək. Bu dələduzlar barəsində qanunu tədbirlər görülməsə biz ailəlklə Prezident Administrasiyasının qarşısında aclıq aksiyasına başlayacağıq”.

Qarşı tərəfi də dinləməyə hazırıq..
Bolgexeber.com