Girovlardan məktub var
22-01-2015, 14:05
Oxunub: 3 353
BQXK qanunsuz olaraq mühakimə olunan girovlarımıza baş çəkib
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri Xankəndidə qanunsuz olaraq mühakimə edilən kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.
Bu barədə BQXK-nın İrəvan nümayəndəliyindən məlumat verilib. Görüş yanvarın 16-da baş tutub. Bu sayca səkkizinci başçəkmədir. Görüş zamanı kəlbəcərli girovlara yaxınlarından məktub çatdırılıb və onlardan məktub alınıb.
Xatırladaq ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ötən ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Onlar Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün keçmişdilər. Ermənilər H.Həsənov qətlə yetiriblər, digərlərinin üzərində isə ötən ilin son aylarında qondarma məhkəmə qurulub. D.Əsgərov oyuncaq məhkəmənin qərarı ilə ömürlük, Şahbaz Quliyev isə 25 il azadlıqdan məhrum edilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər