Xətaidə tikinti yarımçıq qaldı, fırıldaqçı aradan çıxdı
23-01-2015, 17:00
Oxunub: 4 172
Mahir adlı şəxsin hər ay su pulu adı ilə hər ailədən 10 manat yığdığını deyən sakinlər bu şəxsin 16 min manatı mənimsəyərək aradan çıxdığını iddia edir
Paytaxtın Xətai rayonu ərazisində, Neapol dairəsi yaxınlığında Səmədbəy Mehmandarov-70 ünvanında inşa edilməkdə olan binada 11 ildir ki, inşaat işləri bitmək bilmir.
Axar.az-a şikayət məktubu ünvanlayan sakinlər 150 ailənin məskunlaşdığı binada vəziyyətin dözülməz olduğunu, “Fateh” MTK şirkəti rəhbərliyinin isə aradan çıxdığını deyir:
“2004-cü ildə “Fateh” MTK-nın tikintisinə start verdiyi binada inşaat işləri hələ də davam edir. 11 il keçməsinə baxmayaraq, tikinti yekunlaşmayıb. 10 mərtəbəli binanın inşası kompleks şəkildə nəzərdə tutulurdu. Üç korpusdan ibarət olan binanın iki korpusu şirkət tərəfindən tikilsə də, qalan bir bina yarımçıqdır. Vəziyyət o yerə çatıb ki, binanı sakinlər fərdi şəkildə inşa edir”.
Sakinlər onu da bildirir ki, ev alanda onlara tezliklə qaz veriləcəyi deyilibmiş:
“Binanın əsası qoyulanda mənzillərdə kommunal problemin olmayacağı deyilirdi. Amma 11 ildir qazımız yoxdur. Bu azmış kimi suyumuzu da kəsiblər. Şikayət edəndə məlum oldu ki, binanın 16 min manat borcu var”.
İnşaat işlərinə rəhbərlik edən Mahir adlı şəxsin hər ay su pulu adı ilə hər ailədən 10 manat yığdığını deyən sakinlər bu şəxsin 16 min manatı mənimsəyərək aradan çıxdığını iddia edir.
Bundan başqa, başıbəlalı sakinlər yaşayış kompleksində bir mənzilin bir neçə nəfərə satıldığını da bildirir:
“Fateh” MTK-nın tikdiyi bu binalarda eyni mənzil və obyektlər bir neçə nəfərə satılıb. Bu işlə bağlı hazırda Xətai Məhkəməsində iddia ərizəsinə baxılır”.
Sakinlər qarşılaşdıqları problemlə bağlı bir neçə dəfə rayon rəhbərliyinə və aidiyyəti qurumlara müraciət ediklərini desələr də, şikayətlərin nəticəsiz qaldığından gileylənirlər.Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər