Nazir Xətainin icra başçısının əlində aciz qalıb - görünəni budur...
24-01-2015, 11:05
Oxunub: 5 995
Razim Məmmədovun ekoloji piratçılığına heç cür haqq qazandırmaq olmur
Bakının simasını bir vaxtlar təbiətlə insanın birgə işləyib hazırladığı, sərgilədiyi əsrarəngiz yaşıl tabloya bənzədərdilər. İndi o tablodan əsər-əlamət yoxdur. Pirat basqıları tablonu eybəcər hala salıb, onu göydələnlərlə sanki zombiləşdirib, təmiz dəniz havasına möhtac qorxunc və sanki lenti qırılmış multfilmə döndərib.
Min-bir zəhmət hesabına yetişdirilmiş yaşıllıqlar daha çox paytaxtın Xətai rayonunda məmur işgəncələrinə məruz qalıb məhv edilir. Neçə ildi Xətai rayonunun sakinləri haray çəkir. Lakin məmurlar bu harayı sükutla qarşılayır, sanki eşidilmir. Baltaçıya tuş gəlmiş qiymətli ağac növlərinin dilsiz zilləti diqqəti çətin ki, cəlb etsin. İcra başçısı Razim Məmmədovun son bir neçə ildə Xətai rayonuna vurduğu ziyanın miqyasını gənclərimiz təsəvvür də edə bilməzlər. Lakin Hacıbala müəllimin Bakısının 5-6 onillik öncə mövcud olmuş saysız-hesabsız xəritələrinin dilində bu ziyan milyonları artıq bəlkə də bir neçə dəfə ötüb keçib. Milli lider Heydər Əliyevin bir vaxtlar tapşırığı və bilavasitə iştirakı ilə salınmış yaşıllıqlardan qalan tək-tük nişanələrin də axırına çıxmaq üzrədirlər. Rayonun icra başçısı isə özünə ağacqıran imici qazandırıb. Elə bilirsiniz, Razim müəllim təbiətə qarşı bu özbaşınalığın əzabına düçar olmayacaq? Bu dünyada hər kəs əməlinə görə gec-tez cavab verməli olur. Bakı Razim Məmmədov kimi ağacqırana qucaq açıb, onun bir vaxtlar bəlkə də heç ağlına gətirmədiyi icra başçılığına indiyəcən dözür də. Xətainin icra başçısı kəsilən ağacların yerinə yeni yaşıllıqlar salınmasına qol qoysaydı, bunu hardasa başa düşmək olardı. Lakin məhv edilən ağacların duruş gətirib söykəndiyi torpaq hansısa bir tikinti obyektinə məkan seçilir. Özü də bu seçimin qiyməti tamahı artırır, onun inkubasiyasını sürətləndirir. İştah diş altındadı deyiblər...Bu yazını yazmağa başlamazdan öncə hansısa bir məqamda Razim Məmmədovun bioqrafiyasına nəzər salmaq zərurəti hiss elədim. Düşündüm ki, bir baxım, təbiətə qarşı icra başçısının dövlət məmuruna yaraşmayan tərzdə sərgilədiyi mənfi münasibətin mənfəət kökündə görüm hansı məntiq tapa bilirəm. Tapmadım... Böyük bir meqapolisin mühüm rayonlarından birinə rəhbərlik edəsən, özün də ixtisasca hüquqşünas olasan yaşıllıqları məhv etməyə, başa düşə bilmirəm, necə əlin gəlir. Daha çox kommersant kimi tanınan Razim Məmmədovun fəaliyyətindəki bu məntiqsizlikləri anlaşılmaz və daha da eybəcər şəklə salan bir də ağacqırmaların pirat xarakteridi. Sadə dildə desək, yaşıllıqların böyük əksəriyyəti sözün həqiqi mənasında elə bir qaranlıqda özü də ildırım sürətilə məhv edilir ki, bu qətliama reaksiya verməyə bəlkə də heç çox sakinlərin macalı olmur. Bu məgər piratçılıq deyilmi? Əgər məsələnin məğzində hansısa maraq, şəxsi mənfəət dayanmırsa, onu elə günün günorta çağı, özü də sakinlərlə ətraflı məsləhətləşmələr apardıqdan sonra gerçəkləşdirmək mümkündür. Razim Məmmədovun ekoloji piratçılığına heç cür haqq qazandırmaq olmur. Rayon ərazisində bir vaxtlar bütün Bakını heyrətə gətirə bilən yaşıl örtük bir qrup adamın tamahına qurban verilib. Onsuz da daha o nadir ağac bitkilərindən əsər-əlamət yoxdu. Adda-budda nəzərə çarpan küknar, şam ağaclarını da oxşar aqibət gözləyir. Bəli, o ağacları da əvvəl-axır qırıb qurtaracaqlar.GünBakı
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər