BolgeXeber.Com » Gündəm » Oğurluğa getdi, biabır oldu (VİDEO)

Oğurluğa getdi, biabır oldu (VİDEO)

24-01-2015, 12:05
Oxunub: 4 481 Daşla şüşələri sındırmaq istəyən qadının şortu düşüb

Növbətçi Oğurluq üçün mağazaya girən qadın gülüş hədəfi olub.Komediya filminə bənzəyən hadisə Braziliyada baş verib. Bir qadın əlində iri qaya parçası ilə telefon mağazasına girib. Qadının məqsədi qaya parçası ilə piştaxtaların şüşələrini sındıraraq oğurluq etmək olub. Lakin gözlənilməz hadisə baş verib və onun şortu əynindən düşüb. Qadın daşı şüşənin üzərinə qoyaraq şortunu düzəldəndən sonra işə başlayıb. Digər piştaxtanın şüşələrini əli ilə sındırmağa çalışsada bu onda alınmayıb. Daşla vuraraq şüşəni sındıran qadın tələsmədən bir neçə telefonu çantasına salıb.