BolgeXeber.Com » Gündəm » Vəkildən şok: “Lamiyəni icra başçısının oğlu…”

Vəkildən şok: “Lamiyəni icra başçısının oğlu…”

26-01-2015, 13:05
Oxunub: 3 039 "Həm də ifadə verib ki, qətli o özü törədib, çünki mərhum onu zorlamışdır"

“Mən Vüqarın vəkiliyəm, son illərdə onun hüquqlarını müdafiə edirəm. Bununla əlaqədar həmin işdən yaxşı xəbərdaram. Təsəvvür edin ki, Vüqarın şikayətinə uzun illər Ali Məhkəmədə baxılmasına imkan verilmirdi”.

Bolgexeber.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə ömürlük həbs cəzasına məhkum olunmuş Vüqar Əliyevin vəkili Əsabəli Mustafayev Feysbukda yazıb.

Vəkil yazıb ki, Lamiyə Quliyeva ilə yanaşı Vüqar Əliyevin də hüquqları tapdanıb:

“Sübut edə bildik ki, Vüqarın şikayətini 6 il müddətində həbsxana rəhbərliyi qəsdən Ali Məhkəməyə göndərməmişdir. Mən Ali Məhkəmənin Plenumu vasitəsilə müddətin bərpasına nail oldum. Ancaq şikayətə formal baxıldı, səbəbi də aydındır. İş indi Avropa Məhkəməsindədir.

Hesab edirəm ki, Vüqarın təqsirsizliyi şübhəsizdir. Tutulanda ciddi işgəncələrə məruz qalıb, bütün dişlərini sındırmışdılar. Bıçaq üzərində ancaq Lamiyənin barmaq izləri var. Həm də ifadə verib ki, qətli o özü törədib, çünki mərhum onu zorlamışdır. Bütün bunlara baxmayaraq, Vüqarı məhkum etdilər. Onun atası da 4 il yatdı. Bunlar hamısı Aslanovun əməlləridir”.

Qeyd edək ki, sabiq başçının oğlu Ruslan Aslanovu öldürən Lamiyənin həbsdə uşaq dünyaya gətirməsi haqda ilk dəfə Axar.az yazdıqdan sonra bu qətllə bağlı proseslər yenidən gündəmə gəlib. Xatırladaq ki, 2003-cü ildə həbs olunan və 10 il azadlıqdan məhrum edilən Lamiyə Quliyevaya yenidən cinayət işi açılıb və o, ikinci dəfə 5 il 6 ay azadlıqdan məhrum olunub
.