BolgeXeber.Com » Gündəm » Yavər Camalovun adamı işçilərin maaşlarını banklara borc verir – Fəhlələr etiraz edir
Yavər Camalovun adamı işçilərin maaşlarını banklara borc verir – Fəhlələr etiraz edir
26-01-2015, 17:10
Oxunub: 3 977
“Alov” zavodunda özbaşınalıq
Redaksiyamıza Müdafiə Sənayesi Nazirliyinin keçmiş “İskra”, indiki “Alov” zavodunun rəhbərliyi ilə bağlı şikayət məktubu daxil olub. Dia.az-a yazan işçilər rəhbərliyin onlara qarşı ədalətsiz mövqeyindən narazılıq edirlər. Müraciətdə deyilir:
“Kamal Əsgərov zavodda iş apara bilmir. İşçilərin haqqına girir. Qanunsuzluq, haqqsızlıq bas alıb gedir. Hər addımda özünün biznes maraqlarını güdən Kamal Əsgərov hətta, dövlətin belə bir streteji müəssisəni şəxsi mənfəət ünvanına çevirməkdən belə çəkinmir.
Mən zavodda baş verən haqqsızlığdan danışacam. Bütün işçilər Kamal Əsgərovun iş rejimindən bezib. Zavodda ancaq onun qohumları ve tanışlarına hər cür imkan yaradılır. Qalan işçilərə hörmət qoyulmur. Haqqsızlıq edilir, onun tanışları istədiyi vaxt işə gəlib gedirlər, onların maaşları olduğu kimi, tam şəkildə verilir. Amma arxası olmayan işçilər əzilməkdə davam etdirilir.
Zavodda kimi kim tapşırırsa tapşıranın, sözünə görə onlar üçün hər şey edilir. Kamal Əsgərovun qohumları nə iş görürlər, nə də işə gəlirlər, havayı yerə maaş alırlar. Həmkarların sədri Məlahət İbadova işçilərə gələn yardımı Kamal Əsgərovla aralarında bölüşdürür. Kasıba yardım yazılır, vermirlər. Ona göz dikirlər”.
İşçilər bildirir ki, onların əsas problemlərindən biri də maaş problemidir: “Vaxtlı-vaxtında maaşlarımızı ala bilmirik. Deyilənə görə, nazirlik pulu ayırır, amma rəhbərlik həmin pulu aylarla yubadır. Deyirlər ki, Kamal Əsgərov işçilərin maaşlarını banklara aşağı faizlə verir və bundan pul qazanır. Bizdən heç nəyi gizlətmirlər. Özləri deyirlər ki, yanvar ayının pulunu mayda alacağıq. 5 ay bəs edir ki, maaş pullarının faizindən ciddi qazanc əldə edəcən”.
Bütün bu ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər