BolgeXeber.Com » Gündəm » Şamaxıda vurulmuş ayı kimə göndəriləcəkmiş? -FOTOLAR

Şamaxıda vurulmuş ayı kimə göndəriləcəkmiş? -FOTOLAR

27-01-2015, 13:25
Oxunub: 3 500 Məşhur nazirlərdən birinin müavininin sifarişi əsasında həyata keçirilmiş ov qalmaqalı davam edir

Bir müddət öncə qaynar.tv-də Şamaxı məmurlarının "AYI OVU" barədə video kadrlar yaymışdı. Jam.az xəbər verir ki, Şamaxıdakı ov kampaniyasını əks etdirən videoda Şamaxı RİH başçısının Avaxıl kənd İcra nümayəndəsi Alik, Şamaxı Rəsədxanasının təsərrüfat işləri üzrə direktor müavini Cövdət Həsənov və daha bir neçə nəfər dağlarda ayı ovlayaraq, bunu bayram edirlər.

Məlumatlarda vurğulanır ki, Şahdağ Milli Parkının Pirqulu ərazisi üzrə direktor müavini Xanmusa Cəlilovdur. Məlum ov isə Şahdağ Milli Parkının direktoru Füzuli müəllimin icazəsi ilə edilib. Həmin görüntülərdən belə məlum olur ki, Alik yeyib-içdikdən sonra Füzuli müəllimə 400 dollar pul verildiyi, daha 200 dollar isə Xanmusa Cəlilova verildiyini deyir. O da məlum olur ki, ov əti ayrı-ayrı vəzifəlilərə pay edilib, 100 kq isə "Çinarlı" restoranına və "Şirvan" restoranına satılıb.

Məlumata görə, ayı ovu qəhrəmanları barədə artıq təhqiqat başlanılıb. Həmin şəxslər polisə dəvət olunub və izahatları alınıb. Bu haqda məlumat verən mənbənin sözlərinə görə həmin şəxslərdən külli miqdarda pul tələb olunur.

Bu əsnada onu da bildirək ki, Youtube-yə yerləşdirilmiş videogörüntülər qısa müddətdən sonra oradan çıxarılıb. Və bunun edilən şikayət əsnasında mümkün olduğu aşkarlanıb.

Şamaxıda vurulan ayının kimə aparlıdığını dəqiqləşdirməyə çalışıb. Bu zaman məlum olub ki, vurulmuş ayının ətinin böyük hissəsi məşhur nazirlərdən birinin müavininə göndərilib. Həmin nazir müavini heç də kiçik fiqur sayılmır və bir neçə il bundan əvvəl səhhətində yaranmış problemdən dolayı təcili olaraq şəxsi təyyarə ilə Türkiyəyə aparılmışdı. Hətta türk həkim həmin məmurla bağlı Türkiyə mətbuatına açıqlamalar da vermişdi.

Məsələni tam dəqiqləşdirmədiyimizdən sözügedən məmurun da adını çəkməyə tələsmirik. Amma yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.
Bolgexeber.com