BolgeXeber.Com » Gündəm » Yevlax Rayon Mərkəzi Xəsətəxanasından Oqtay Şirəliyevə şikayət

Yevlax Rayon Mərkəzi Xəsətəxanasından Oqtay Şirəliyevə şikayət

28-01-2015, 09:25
Oxunub: 3 212 Yoxlama aparatlarını işlədən bütün həkimlərdən 30 manatdan 100 manatadək pul toplayıblar

Redaksiyaya Yevlax rayon Mərkəzi Xəstəxanası ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatda iddia olunur ki, adıçəkilən xəstəxanada baş həkimlə müavini arasında ciddi narazılıq yaranıb. Bunun səbəbi isə müavinin baş həkimdən xəbərsiz tibbi personaldan pul toplaması olub.

Daxil olan məlumatda iddia olunur ki, Yevlax Rayon Mərkəzi Xəstəxananın baş həkimin müavini Niyazi həkim Standartlaşdırma Metrologia və Patent İdarəsinin işçiləri ilə birləşərək rayondakı bütün xəstəxanalarda reydə çıxıblar. Belə ki, onlar yoxlama aparatlarının hamısına yəni uzi, göz aparatı, baş aparatı və ümumilikdə bu tipdə olan tibbi avadanlıqları işlədən bütün həkimlərdən 30 manatdan 100 manatadək pul toplayıblar.

Maraqlısı isə budur ki, bütün bu olaylardan həkimin xəbəri olmayıb. Baş verənlərə münasibət bildirən baş həkim İlham Quliyev isə bildirib ki, bu tip aparatlarımız ildə bir dəfə - dekabr aylarında texniki baxışdan keçib və sertifikat verilərək Patentləşdirilmə İdərəsinin qeyydiyatından keçmişdir. Baş həkim eyni zamanda qeyd edib ki, müavininin bu işlərindən xəbərsizdir.

Əldə etdiyimiz son məlumatlara görə isə Yevlax rayon xəstəxanasının tibb işçiləri Səhiyyə naziri Oqtay Şirəliyevə şikayətlənərək bu tip qanunsuz əməllərə son qoyulmasını xahiş ediblər.(xeberci.tv)

Mövzuya qayıdacağıq.