BolgeXeber.Com » Gündəm » Ağsunun icra başçısı idarə müdirlərindən pul yığdığına görə ittiham olunur
Ağsunun icra başçısı idarə müdirlərindən pul yığdığına görə ittiham olunur
28-01-2015, 11:40
Oxunub: 3 992
Nazirin qohumu hədəfə çevrilib
Ağsu rayon icra hakimiyyətində total yoxlamalar başlayıb. Bu barədə Nazirlər Kabinetindəki mötəbər mənbə məlumat verib.
Xəbərə görə, rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev yerli idarə müdirlərindən birinin şikayəti əsasında ittiham hədəfinə çevrilib.
Dia.az-a danışan mənbənin söylədikləri: «Belə ki, Ənvər Seyidəliyevin davamlı olaraq yerli idarə və müəssisə rəhbərlərindən haqq aldığı müəyyən olunub. Və bu günlərdə fəaliyyəti iraşdırılan yerli idarə müdirlərindən biri hüquq-mühafizə orqanlarına izahatında Ənvər Seyidəliyevin adını hallandırıb və ondan hesabı sorulan büdcə pullarının böyük hissəsini başçı ilə paylaşdığını etiraf edib».
Mənbə bildirir ki, anoloji situasiya, əslində, əksər rayonlarda hökm sürür və bu əsnada yerli maliyyə idarəsi xüsusi rol oynayır: «Amma görünür, əmək və əhalinin slsial müdafiəsi naziri Səlim Müslümovun dayısı olan Ənvər Seyidəliyevin bu şəkildə ittiham hədəfinə çevrilməsi kimlərinsə maraqlarına uyğundur. Digər tərəfdən, belə bir faktın ortaya çıxması həm də başçı ilə vidalaşma zamanının yetişməsindən də xəbər verir».
İddialarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər