Astroloji proqnoz - 29 yanvar
29-01-2015, 09:20
Oxunub: 3 447
Astroloji proqnoz - 29 yanvar
QOÇ - İlk növbədə üzərinizə düşən vəzifələrin mahiyyətini anlamalısınız ki, nüfuzunuz itməsin. Bu gün kənardan dəstək də ala bilərsiniz. Pulla bağlı sövdələşmələrinizi isə növbəti aya saxlamağınız məsləhətdir.
BUĞA - Saat 16-ya qədər ümumi ovqatınızda gərginlik müşahidə olunacaq. Lakin bundan təəssüflənməyin. Çünki bu amil ciddi fəsad yaratmayacaq. Bu gün həmkarlarınızla mülayim davranın.
ƏKİZLƏR - Bütün diqqətinizi fəaliyyətə yönəldin. Lazımi adamların tövsiyələrinə qulaq asmaqla qarşınızı kəsən çətinlikləri dəf edin. Bu gün maliyyə sıxıntılarınız səngiməyə başlayacaq.
XƏRÇƏNG - Saat 12-dən etibarən fəaliyyətinizdə nəzərə çarpan passivlik səngiyəcək. Şəxsi büdcənizdə, insanlarla münasibətlərinizdə, eləcə də ovqatınızda xoş duyğular olacaq.
ŞİR - Rastlaşdığınız bəzi xoşagəlməzliklər saat 14-dən sonra aradan qalxacaq. Fəaliyyətinizə ədalətli yanaşsanız, həmkarlarınızın hörmətini qazana bilərsiniz. Uzaq yola çıxmağa dəyər.
QIZ - Hansısa ciddi narahatçılığınıza ehtiyac yoxdur. Amma yeni işlərə başlamaq haqqında fikirləşməyin. Nahardan sonra maraqlı adamlarla görüş və sövdələşmələriniz olacaq ki, bu da xeyrinizədir.
TƏRƏZİ - Nəyəsə nail olmaq istəyirsinizsə, boş durmamalı, bütün imkanlarınızdan istifadə etməlisiniz. Hansısa mübahisə sizə zərər yetirə bilər. Sevgi amilinə daha mərhəmətlə yanaşın.
Astroloji proqnoz - 29 yanvar. Daha çox istirahət edin. Əgər vaxtınız olsa, nahar ərəfəsində mütləq müqəddəs ocaqlara baş çəkin. Kənar təsirlərdən qorunun.
OXATAN – Bu gün ilk əvvəl səhhətinizlə bağlı problemləri həll etməyə çalışın. Qan-damar sisteminə vaxtında əncam çəkin. Bu məsləhətlərimizə riayət etsəniz, fəaliyyətinizdə müsbət sıçrayışlar olacaq.
OĞLAQ - Astroloji göstəricilər bu arada daha çox səhhətinizə fikir verməyinizi məsləhət görür. Ələlxüsus da əsəblərinizi sakitləşdirmək üçün bütün gücünüzü səfərbər etməli, sakit guşəyə çəkilməlisiniz.
SUTÖKƏN - Risk tələb edən işlərdən uzaqlaşın. Sizə aidiyyəti olmayan proseslərə müdaxilə etməyin. Bu arada zehni fəaliyyətə ara verin. Şəxsi büdcənizdə problem olmayacaq.
BALIQLAR - Bu gün daha çox təmkin göstərməklə müvəffəqiyyət əldə edə bilərsiniz. Qarşınızda duran vəzifələrin həlli üçün bütün mümkün variantlardan bəhrələnməyə çalışın. Bədxah adamlardan qaçın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər