Sakinləri ələ salan icra başçısı qərarını dəyişdi: bina sökülməyəcək
29-01-2015, 14:10
Oxunub: 3 303
Elçiliyə 6 dəfə gedərlər. Biz də gəlib 6 dəfə xəbərdarlıq edərik”
Bakının Xətai rayonunda Sergey Senyuşkin küçəsində yerləşən 7A saylı bina sökülməyəcək. Bu barədə məlumatı binanın sakinlərinə Xətai Rayon İcra Hakimiyyətindən (RİH) veriblər.Dünən qeyd etdiyimiz ünvanda olan binanın söküləcəyi haqda xəbər vermişdik. Belə bir xəbərdarlığı sakinlərə Xətai rayon icra başçısı Razim Məmmədov etmişdi. R.Məmmədov sakinlərə evlərinin söküləcəyi və qaşılığında kompensasiya olaraq bir kvadratmetrə görə 1200 manat veriləcəyini vəd etmişdi. İcra başçısı evlərinin sökülməsini istəməyən sakinlərə bir neçə dəfə xəbərdarlığa gələcəklərini də demişdi. Özü də çox unikal şəkildə: “Elçiliyə 6 dəfə gedərlər. Biz də gəlib 6 dəfə xəbərdarlıq edərik”.
Buna etiraz olaraq bina sakinləri dünən 20:00-da binanın qarşısına toplaşacaqlarını və icra hakimiyyətindən də nümayəndənin gəlməsini tələb etmişdilər. Sakinlərin şikayəti mətbuata çıxarıldıqdan sonra icra hakimiyyətindən nümayəndələr gələrək sakinlərə evlərinin sökülməyəcəyini deyib.
Bina sakinlərindən Natəvan İmanova virtualaz.org saytına bildirdi ki, icra hakimiyyətindən gələn nümayəndələr binanın mart ayına qədər yenidən üzlənəcəyini və sökülməyəcəyini deyib. Onlar da yenidən toplaşmaq fikrindən daşınıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər