BolgeXeber.Com » Gündəm » Neftçilər Xəstəxanasında rüşvət koloniyası

Neftçilər Xəstəxanasında rüşvət koloniyası

30-01-2015, 09:40
Oxunub: 3 076 Mərkəzi Neftçilər Xəstəxanası rüşvət koloniyasına çevrilib

Səhiyyə ocağı dövlət müəssisəsi olsa da, nə səhiyyə nazirinin, nə də prezidentin qərarlarına hörmətlə yanaşılır. Səhiyyə Nazirliyinin qərarına görə, vətəndaşlara dövlət xəstəxanalarında müayinə pulsuzdur.
Bolgexeber.com xəbər verir ki, xəstəxanada isə nə müalicə, nə də müayinə ödənişsiz həyata keçirilir. Vətəndaşları soğan qabığı kimi soymayınca, sərbəst buraxmırlar. Xəstəxananın qapısından baş həkimin otağına qədər pul paylayıb, çıxmalısan.Hələ onda da zəmanət verilmir ki, sağlam çıxacaqsan yoxsa xəstə. Çünki baytar səviyyəsində olan bəzi həkimlərin işlədiyi bu xəstəxanada pasientlərin həyatını kimsə sığortalamayıb. MNX-nın baş həkimi tibb personalının qarşısında şərt qoyub ki, heç bir vətəndaşdan məcburi pul alınmasın. Əgər kimdənsə şikayət gəlsə, işdən azad edəcək. Ancaq elə bir sistem təşkil olunub ki, vətəndaş rüşvət vermədən nə qəbula düşə bilir, nə də müayinə oluna.
Girişdə hər kəs qeydiyyata düşə bilmək üçün 20-25 manat ödəyir. Yalnız neftçi ailələri üçün istisnadır. Qalan vətəndaşlar xəstəxanada 25 manat ödəməmiş qəbula düşə bilmirlər. Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir. Amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı çoxdan funksionallığını itirib.