Astroloji proqnoz - 31 yanvar
31-01-2015, 09:35
Oxunub: 2 612
ŞİR - Ciddi məsələlərin həllində gözləmə mövqeyi tutmayın
QOÇ - Bir neçə günlük süstlükdən sonra işləriniz artacaq. Xüsusən də nahardan sonra bərk yorulacağınız gözlənilsə də, zəhmətinizin bəhrəsini mütləq görəcəksiniz. Ailə üzvlərinizə hörmət edin.
BUĞA - Saat 11-15 aralığında yeni simalarla görüşləriniz, uğurlu sövdələşmələriniz gözlənilir. Nəticənin hədsiz dərəcədə uğurlu olmasını nəzərə alıb proqnozumuzun reallaşmasına çalışın. Hər mənada aktiv olun.
ƏKİZLƏR - Günün birinci yarısını müəyyən qədər gərginlik içərisində başa vura bilərsiniz. Xüsusən də fəaliyyət zəminində bəzi xoşagəlməzliklər mümkündür. Amma hər halda tədbirli olmalısınız.
XƏRÇƏNG - Qarşıda duran bir ayın perspektivlərindən yararlanmaq üçün konkret addımlar atmağa başlayın. Xırda məişət problemlərinə, eyni zamanda dedi-qoduya əbəs yerə vaxt itirməyin. Təklifləri qəbul edin.
ŞİR - Ciddi məsələlərin həllində gözləmə mövqeyi tutmayın. Nəzərə alın ki, vaxt dardır və şansları qaçırmaq sizə uzun müddət sıxıntı verə bilər. Gümanınız gələn hər kəsə üz tutun.
QIZ - Yaxşı olar ki, vacib işlərinizi saat 16-ya qədər yekunlaşdırasınız. Çünki sonrakı saatlarda passivlik mümkündür. Yeni işgüzar sövdələşmələrdə iştirakınız səmərə verə bilər.
TƏRƏZİ - Yersiz risklərdən uzaq olun. Əgər iştirakçısı olduğunuz situasiyaları dərindən duymursunuzsa, inandığınız adamların məsləhətlərindən yararlanın. Vaxtınız əyləncələrə itirməyin.
ƏQRƏB - Maliyyə problemlərinizin mövcudluğuna baxmayaraq, bu gündən razı qalacaqsınız. Çalışın ki, görəcəyiniz işləri sistem halına salasınız. Qətiyyən tələskənliyə yol verməyin!
OXATAN - İstər qarşılıqlı münasibətlərdə, istərsə də iş prinsipində nailiyyətləriniz arta bilər. Amma axşama doğru bəzi bədxahlar əsəblərinizi tarıma çəkə bilər. Odur ki, sərt reaksiya verməməlisiniz.
OĞLAQ - Qərarlarınızda obyektiv olduğunuz təqdirdə mübarizədən çəkinməyin. Amma elə edin ki, ətrafınızda olanlar doğru yol tutduğunuzu qəbul etsin. Pulla bağlı sıxıntılarınız azala bilər.
SUTÖKƏN - İxtiyarınızda olan bu tarixdə tamamilə məxfi davranış nümayiş etdirməlisiniz. Belə ki, nəzərdə tutduğunuz planları, məqsəd və arzuları mümkün qədər ətrafınızda olanlara deməməlisiniz.
BALIQLAR - Yaxşı olar ki, bu təqvimi bütünlüklə qarşılıqlı münasibətlərin tənzimlənməsinə həsr edəsiniz. Çünki ulduzlar maliyyə və fəaliyyət sahəsində müəyyən gərginlik vəd edir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər