Vergilər naziri dörd vergi idarəsinin rəisini vəzifədən çıxartdı
31-01-2015, 10:05
Oxunub: 3 418
Vergilər Nazirliyində kadr dəyişikliyi gerçəkləşib
Nazirliyin Analitik-informasiya şöbəsinin məlumatına görə, nazirlik tərəfindən müntəzəm olaraq aparılan monitorinqlər nəticəsində son vaxtlar bəzi vergi orqanlarında vergi nəzarətinin lazımi səviyyədə təşkil olunmadığı, vergi ödəyiciləri ilə aparılan işlərdə nöqsanlara yol verildiyi müəyyən edilib. Yerli vergi orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, mövcud vergi potensialından tam istifadə olunması və dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrasını təmin etmək məqsədilə 3, 4, 6, 9 saylı Ərazi Vergilər İdarələrinin rəisləri vəzifələrindən azad edilib, həmin vergi orqanlarının rəhbərliyi gücləndirilib.
Modern.az-ın məlumatına görə, 3 saylı Ərazi Vergilər İdarəsi Quba, 4 saylı Şamaxı, 6 saylı Lənkəran, 9 saylı idarə isə Göyçay rayonlarını əhatə edir.
Nazirlik kadr dəyişikliyini belə əsaslandırıb ki, iqtisadiyyatın dinamik inkişafı vergi sisteminin də durmadan təkmilləşdirilməsini, Vergilər Nazirliyinin ayrı-ayrı strukturlarının, eləcə də yerli vergi orqanlarının fəaliyyətinin daha səmərəli təşkil olunmasını tələb edir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər