BolgeXeber.Com » Gündəm » Səlim Müslümov qohumunu işdən çıxardı,amma...

Səlim Müslümov qohumunu işdən çıxardı,amma...

2-02-2015, 07:35
Oxunub: 3 982 Nazir qohumu Əliyunis Mütəllimovdan tam keçə bilmir

Bolgexeber.com bildirir ki,BTV(Bolgexeber.TV) bir müddət əvvəl Ağsu rayon Əmək və Əhalinin Sosial Mudafiəsinin-in direktoru Əliyunis Mütəllimov və onun adamlarının, 2-ci qrup əlil Şənlik Hüseynovun sosial yardımının kəsilməsi və ölümlə hədələnərək təhqir edilməsi barədə məlumat vermişdi . 2 uşaq atası olan Şənlik Hüseynov BTV-nin studiyasına gələrək şok edici məlumatların üstünü açmışdı. Sənlik Huseynov bildirmişdi ki, keçən il, Füzuli Ələkbərovun dövründə sosial yardım almaq üçün ondan 400 AZN istəyiblər, o isə buna imkanının olmadığını söylədiyi zaman kartından 4 aylıq sosial yardımı götürüblər. İndi maddi durumu həddindən aşağı olduğundan nəinki sosial yardım ala, heç şikayətinə baxan belə tapa bilmir.
"Hər dəfə şikayətimi bildirdikdə Səlim Müslümovun doğmaca dayısı olan Ənvər Seyidəliyev məni ölümlə hədələyir",-deyə rüşvət vermədiyinə görə sosial müdafiəsi mərkəzinin rayon söbəsindən aldığı müavinətin kəsilən 2-ci qrup əlil Şənlik Hüseynov bildirmişdir. . Qeyd edək ki,Əliyunus Mütəllimov Ənvər Seyidəliyevin ən etibarlı adamlarından biri olmaqla yanaşı, həm də qohumudur.
Xatırıladaq ki,26 yanvarda Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyində kollegiya iclası keçirilib.. 2014-cü il ərzində görülən işlərin, nazirliyin fəaliyyət sahələrində aparılan islahatların yekunlarına və qarşıda duran vəzifələrin müzakirələrindən başqa iclasda bir sıra kadr dəyişikliyi də reallaşıb. Belə ki, Ağsu rayon Əmək və Əhalinin Sosial Mudafiəsinin direktoru Əliyunis Mütəllimov işdə verdiyi çoxsaylı nöqsanlara və qanun pozuntularına görə işdən azad edilib Bildirilir ki, Əliyunis Mütəllimovdan vətəndaşlar tərəfindən çoxlu sayda şikayətlər edilirdi ki, bu da sonda onun Səlim Müslümovun qəzəbinə tuş gələrək vəzifəsindən çıxarılması ilə nəticələndi.
Bolgexeber.com-u məlumatlandıran mənbə bildirir ki, Səlim Müslümova başağrısına çevrilmiş dayısı- Ağsu rayon başcısı Ənvər Seyidəliyev də artıq Bakıya çağrılıb. Qeyd edək edək ki, Ənvər Seyidəliyev və onun ətrafında birləşən məmurlar rayonda at oynadırlar və yaxın zamanlarda onun görəvdən alınacağı gözlənilir.
Bolgexeber.com bu gün işdən çıxarılan Əliyunis Mütəllimovla bağlı yeni bir məlumat əldə edib.Belə ki, Bolgexeber.com-u məlumatlandıran mənbənin dediyinə görə Əliyunis Mütəllimov Ağsu rayon Əmək və Əhalinin Sosial Mudafiəsinin-in direktoru vəzifəsindən çıxarılsa da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov onu nazirlikdə inspektor vəzifəsində təyin edib.Bu da o anlama gəlir ki, nazir öz qohumundan tam keçə bilmir və onu qorumaqda davam edir.
Bolgexeber.com