Azərbaycanlıların Facebook sevgisi
5-02-2015, 11:50
Oxunub: 2 829
Ölkəmizdə Facebook istifadəçilərinin sayı 1 milyon 320 min nəfərdir
Facebook sosial şəbəkəsinin yaradılmasından 11 il ötür.Hazırda dünyada 3 milyard internet istifadəçisinin 1,39 milyardı Facebooka daxil olur. Gündəlik Facebookdan 890 milyon insan istifadə edir. Ümumi istifadəçilərin 86%-i - 1,19 milyardı isə bu sosial şəbəkəyə mobil cihazlardan daxil olur.
Dünyada ən böyük auditoriyaya "Facebook for Every Phone" səhifəsi malikdir. Onun istifadəçilərinin sayı 547 milyon 137 min nəfərdən artıqdır. Brendlər arasında isə Coca-Cola şirkəti birincidir. Bu səhifəyə 93 milyon 354 min nəfər abunə olub. İkinci və üçüncü yerlərdə Makdonalds (55 612 757) və RedBull (45 934 453) şirkətləri dayanır. Tanınmış şəxslərin səhifələri arasında isə ABŞ Prezidenti Barak Obamanın rəsmi profili ən böyük auditoriyaya malikdir. Bu səhifəni 44 milyon 922 mindən artıq insan izləyir.
Azərbaycanda Facebook istifadəçilərinin sayı 1 milyon 320 min nəfərdir. Facebookun Azərbaycan dilinə tərcüməsinə 2008-ci ilin yay aylarından başlanılıb. 2009-cu ildən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. Ölkədə müxtəlif şirkətlər, özəl və dövlət qurumları Facebookda aktiv fəaliyyət göstərir.
Qeyd edək ki, 2004-cü ildə Harvard Universitetinin tələbəsi Mark Zukerberq "The Facebook" adlı sosial şəbəkəni istifadəyə verib. İlk vaxtlar Facebook yalnız Harvard Universitetinin tələbələri üçün nəzərdə tutulurdu. 2005-ci ildə şirkət "facebook.com" domenini 200 min dollara satın alıb. 2006-cı il sentyabrın 26-da sosial şəbəkə bütün internet istifadəçilərinin ixtiyarına verilib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər