BolgeXeber.Com » Gündəm » Xətainin icra başçısı yaşıllığı nazirin qohumuna satdı - narazılıq yarandı
Xətainin icra başçısı yaşıllığı nazirin qohumuna satdı - narazılıq yarandı
6-02-2015, 11:25
Oxunub: 6 140
Xətai rayonunda yaşıllığın vandalcasına qırılması, vətəndaşların narazı salınması, onların şikayətlərinin eşidilməməsi adi hal alıb
Paytaxtda yaşıllıqların məhv edilməsi ilə bağlı mütəmadi olaraq məlumat veririk. Və bildiririk ki, ayrı-ayrı vəzifə sahibləri səlahiyyətlərindən istifadə edərək yaşıl soyqırım həyata keçirir.
Belə rayonlardan biri də Xətaidir ki, vaxtilə bu rayon ərazisində salınmış yaşıllıq massivi günü-gündən qırılaraq məhv edilir. Maraqlıdır ki, kəsilən ağacların yerində ticarət obyektləri, kafe, restoranlar tikilir. Bu gün toxunacağımız məsələ də məhz adıçəkilən rayonla bağlıdır. Belə ki, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi İnqilab İsmayılov (keçmiş Qulam Yəhya) küçəsindəki 24, 26, 28 və 30 saylı evlərin arasında, sakinlərin istirahəti üçün nəzərdə tutulan torpaq sahəsində üçmərtəbəli yaşayış evi tikilir. Qeyd edək ki, bu ərazidə indiyə kimi üç belə bina tikilib (kimin icazəsi ilə, məlum deyil). Sakinlər etiraz etdikdən sonra tikinti dayandırılsa da, aparılan tikintinin söküntüsü həyata keçirilmir. Bu isə onu göstərir ki, hazırda saxlanılmış tikinti işləri nə vaxtsa davam edəcək. Buna görə də, həmin yarımçıq tikintiyə dəyib-toxunulmur. Əldə etdiyimiz məlumata görə, orada evi tikən şəxs bir nazirin qohumudur. Və bildirilir ki, əslən Qax rayonundandır.
Qeyd edək ki, Xətai rayonunda yaşıllığın vandalcasına qırılması, vətəndaşların narazı salınması, onların şikayətlərinin eşidilməməsi adi hal alıb. İcra başçısı Razim Məmmədov rayon ərazisində necə bilir elə də hərəkət edir. Sanki toxunulmazlıq statusuna malikdir. Elə buna görədir ki, yuxarı instansiyalara da edilən şikayətlər cavabsız, yaxud baxılmamış qalır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər