“Azərsu”da maxinasiyaları hansı şirkət həyata keçirir?
7-02-2015, 13:45
Oxunub: 4 431
“Azərsu” ASC sədri Qorxmaz Hüseynovun qohumunun şirkətində müdhiş maxinasiyalar həyata keçirilir.
Q.Hüseynovun qaynı Namiq Cəbrayılovun övladı tərəfindən təsis olunan “Hidro-Lotos” firmasında vəsaitlərin qeyri-şəffaf xərclənməsi barədə iddialar var.
Bolgexeber.com bildirir ki, tia.az-a göndərilən məktubda qeyd olunur ki, “Azərsu” ASC sədr qohumunun şirkətinə əlverişli şərait yaradıb. Məktub müəllifləri yazırlar ki, qurumun iri layihələrini həyata keçirən şirkət milyonları havaya sovurur.
Əslində şirkətin qeyri-rəsmi icra müdiri Qorxmaz Hüseynovun doğma qardaşı Məhəmməd Hüseynovdur. Ancaq qaynı oğlu rəsmi şəkildə idarəçi kimi təqdim olunub. Ancaq şirkətin Azərbaycan hökuməti içərisində əsas himayəçisi kimi SOCAR-ın prezidenti Rövnəq Abdullayevin də adı çəkilir. Bununla belə, şirkət daxilində ən böyük pay sahibi Q.Hüseynovun özüdür və ən böyük layihələrin tenderdə qalibi bu şirkət olur. Müraciətdə deyilir ki, şirkətdəki müdhiş maxinasiyalar barəsində növbəti məktubda detallı məlumat veriləcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər