BolgeXeber.Com » Gündəm » "Bu tapmacanın cavabını yalnız nazir Azad Rəhimov bilir"-FOTOLAR

"Bu tapmacanın cavabını yalnız nazir Azad Rəhimov bilir"-FOTOLAR

6-02-2015, 16:30
Oxunub: 4 181 Ucar sakinlərindən Azad Rəhimova ağıllı məsləhət

Bolgexeber.com-un elektron poçt ünvanına Ucar rayon sakinindən çikayət məktubu daxil olub. Məktubu olduğu kimi təqdim edirik:

"Nə gənc deyil nə idmançı
Nədir sualın açması ?

Bu tapmaca gənclər arasında çox məhşur olan nazir Azad Rəhimov haqqındadır . Onun fəaliyyəti Ucar rayonundan o qədər ürək bulandırıcı görünürki , artıq aran rayonlarında gənclər bu nazir haqqında bu cür tapmacalar lətifələr danışırlar. Dəfələrlə mətbuat vasitəsi ilə bir nazirə müraciət edib rəsmi şəkildə Gənclər və İdman nazirliyinə yazdıq nazirliksə cavab verdi ki 2018- ci ildə ola bilsinki nəsə bir iş görəcəklər . Bu haqsız və nadanlıqdan savayı bir iş deyil. Rəsmən ortada olan dağılmış mini futbol meydançasının təmirini xahiş etdik əvəzində 2018 -də hansısa kompleks tikilə biləcəyini bildirir. Qazançanı tapança başa düşən Gənclər İdman Nazirliyi mini futbol meydançasının düzəldilməsi ilə bağlı heç bir addım atmamağının səbəbi hansısa rayonda yeniyetmə və gəncin inkişafı yox ancaq kompleks tikdirmək marağı və Allahdan buyruq ağzıma quyruq ideası ilə yaşamaqdır ki, haçansa dövlət proqramına Ucarda İdman kompleksi tikilmək düşəcək, onda iş görəcəyik . Maraqlıdır bəs o məchul günədək bu rayonda xaraba mini futbol meydançasını kim düzəldəcək? Ya həmin günədək aylar illər gəlib gedər yavaş - yavaş mahnısın oxuyub Azad müəllimin fəaliyyətinimi gözləməliyik? Milyonlarla manat xərcləyib Ucar rayonunda gənclər evi tikdirildiyi halda bir iki min manatımı yoxdur nazirliyin ki, bu meydançanı düzəltsin? Gənclər İdman Nazirliyi üçün mini futbol meydançasın təmir etdirmək bu qədərmi çətindir ? Bir qurğunun təmir etmək əvəzinə yenisin inşa edilməsin gözləmək nə dərəcədə düzgündür ?

Bütün bu sualları Gənclər və İdman Nazirliyi nə qədərki cavablandırmayıb Ucar rayonunda fəaliyyətsiz nazirlik haqqında gənclərin müsbət düşünməsi çox çətin olacaq.

Sonda onu deyim ki Olimpiya oyunlarına hazırlıq getdiyi bir vaxtda Ucar rayonunda istifadəyə yararlı bir futbol meydançası yoxdur...

Vasif Abdullayev
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com