Gədəbəydə müəllimin döydüyü 11 yaşlı məktəbli özünü asıb-ŞOK
6-02-2015, 18:50
Oxunub: 3 129
Müəllimlər dindirilib
Bir neçə gün əvvəl Gədəbəy rayonunda 11 yaşlı oğlanın intihar etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.Arabaçı kəndində özünü asaraq intihar edən 2004-cü il təvəllüdlü Abbasov Şahin Gülzalı oğlunun orta məktəbdə müəllim tərəfindən döyüldüyü bildirilir.
İddia edilir ki, 5-ci sinifdə oxuyan Ş.Abbasov məktəbdə şagirdlərin gözü qarşısında müəllim tərəfindən kobud rəftarla üzləşib. O, daha sonra özünü asaraq intihar edib.
Özünü öldürmə faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Ş.Abbasovun valideynləri və digər yaxınları ilə yanaşı, müəllimləri və sinif yoldaşları da istintaqa ifadə verib. İstintaq sirri olduğundan onların ifadəsi açıqlanmır.
Özünü öldürən məktəblinin meyitinin ekspertizasından əldə edilən nəticələr yaxın günlərdə hazır olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər