Zaqatalada polisin saxladığı sürücü niyə özünə bıçaqladı?
9-02-2015, 18:30
Oxunub: 4 339
Zaqatala rayonunda sürücünün özünə xəsarət yetirməsi ilə bağlı araşdırmalara başlanılıb
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, fevralın 8-də saat 19 radələrində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti alayının Zaqatala rayonu ərazisində yerləşən postunda saxlanılan Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Nəbiyev Emil Rafiq oğlunun idarə etdiyi “Daewoo” markalı avtomobilin salonuna baxış keçirilərkən polietilen torbada qurudulmuş halda çəkisi 160 qram olan narkotik vasitə - marixuanaya bənzər kütlə aşkar olunaraq götürülüb.
E.Nəbiyev məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə qaçmağa cəhd göstərərkən üzərində gəzdirdiyi bıçaqla özünün qarın nahiyəsinə kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan xəsarət yetirib. O tibbi yardım göstərilməsi üçün Zaqatala Mərkəzi rayon xəstəxanasına yerləşdirilib və üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Hazırda E.Nəbiyevin idarə etdiyi avtomobilin salonundan narkotik vasitə aşkar olunması faktı üzrə Zaqatala rayon Polis Şöbəsinin Təhqiqat Qrupunda araşdırma aparılır. Eyni zamanda, E.Nəbiyevin özünə bıçaqla xəsarət yetirməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər