BolgeXeber.Com » Gündəm » Cavanşir Tağıyev “qəbir bazarını” əldən vermək istəmir

Cavanşir Tağıyev “qəbir bazarını” əldən vermək istəmir

10-02-2015, 11:10
Oxunub: 6 423 “Ölülərin trest müdiri” barəsində bilmədiklərimiz

Azərbaycanda “həyatın çox baha olduğu” heç kimə sirr deyil. Yəni bir çox ölkələrlə müqayisədə ölkəmizdə yaşamaq çox bahadır. Bunu statistik rəqəmlər, eləcə də çoxumuzun xarici ölkələrə gedib-gələn dost-tanışı da təsdiq edə bilər.
Doğrudan da, ölkəmizdə, əsasən də paytaxtımız Bakıda həyat üçün zəruri olan məhsulların, məişət xidmətinin, istirahət-əyləncə yerlənin qiymətləri görünməyən həddə çatıb. Məsələn, kimsə öz 2-3 nəfərlik ailə üzvləri ilə birgə Bulvarda çay içib dəniz havası udmaq istəsə, bu həmin ailəyə 25-30 manata başa gələcək. Yəni bir çaydan çay və yanında “qoxumuş” mürəbbə 25-30 manatdır. Bu xırda detalı qeyd etməklə Bakıda həyatın necə baha olduğunu yada salmaq istədik. Amma ən dəhşətlisi bilirsiniz nədir? Ölüm həyatdan bahadır…Bəli, indi gələk mətləb üstünə. Son 10 ildə bütün qiymətlər bahalaşıb, amma qəbir yerləri astronomik bahalaşıb. Kasıb yazıq qorxusundan ölmək istəmir… Bakıda məzar yerlərinin qiymətləri 300-500-dən başlayıb 5-10 minə qədər davam edir.
Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyevsə and-aman edir ki, biz qəbir yerlərini vətəndaşlara pulsuz veririk.
Hələ mərasim xidmətlərinin qiymətlərini demirik. Bu Trest hər il mərmərin, daşın-qumun-sementin qiymətini qaldırır, ölü sahiblərini çətin durumda qoyur. Dəfələrlə Milli Məclisdə qəbir yerləri məsələsi müzakirə olsa da sonda heç bir konkret nəticə olmayıb. Bir neçə dəfə Şeyx Allahşükür Paşazadə də qəbir yerlərinin satılmasının günah olduğunu qeyd eləsə də Cavanşir müəllim “qəbir bazarını” əldən vermək istəmir.
Cavanşir müəllim müsahibələrinin birində deyir ki, yeni qəbiristanlığın salınması üçün xeyli vaxtdır ki, boş torpaq sahəsi axtarışına çıxmışıq…
Biz də Trest müdiri Cavanşir Tağıyevlə bağlı xırdaca bir axtarış apardıq. Və məlum oldu ki, Cavanşir müəllim yaxşı Trest müdiri olmasa da, əla babadır, nəvələrini çox sevir. Nihad nəvəsini isə xüsusilə çox istəyir…Niyə? Niyəsi, başqa bir yazının mövzusudur…

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)