Şəmkirin icra başçısı niyə kortejlə gəzir?
10-02-2015, 12:00
Oxunub: 4 115
Sakinlərin sözlərinə görə, icra başçısının kortejdən istifadə etməsi hər hansı məsələ ilə bağlı ona yaxınlaşmağa problem yaradır
Adətən prezidenti, baş naziri və bəzi nazirləri mühafizə xidmətinin maşınlarından ibarət kortejlərin müşayiət etməsinin şahidi oluruq. Lakin bəzi hallarda aşağı vəzifələr tutan bir sıra məmurları da kortejdə görmək olur.
Modern.az saytına Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun şəhər daxilində kortejlərdən istifadə etməsi haqqında məlumat daxil olub. Bu barədə Şəmkir rayon sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, icra başçısının kortejdən istifadə etməsi hər hansı məsələ ilə bağlı ona yaxınlaşmağa problem yaradır.
Maraqlıdır, icra başçısının belə mühafizə olunmasına ehtiyac varmı?!
Bu suala cavab almaq, daha doğrusu, yerli sakinlərin iddialarının nə qədər doğru olub-olmadığını öyrənmək məqsədilə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla əlaqə yaratmağa cəhd etdik. Ancaq cəhdlərimiz baş tutmadı. Buna baxmayaraq, qarşı tərəfin də fikirlərini çap etməyə hazırıq.
Xatırladaq ki, Alimpaşa Məmmədov 2014-cü ilin oktyabrında Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu təyinatadək o, Vergilər Nazirliyi sistemində çalışıb. Belə ki, A.Məmmədov Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi postunu tuturdu.
A.Məmmədov baş vergi xidməti müşaviridir. O, 2011-ci ilin əvvəlindən vergilər naziri Fazil Məmmədovun əmri ilə Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə gətirilmişdi.
A.Məmmədov həm də Azərbaycan Güləş Federasiyasının 2 saylı regional nümayəndəliyinin rəhbəridir. Bu federasiyanın prezidenti isə vergilər naziri Fazil Məmmədovdur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər