Bakı metrosundakı “VİP” vaqon kimlər üçündür? - AÇIQLAMA
10-02-2015, 12:20
Oxunub: 4 896
Metropoliten işçiləri sərnişinlərin vaqona daxil olmasına imkan verməyib
“Bu, Bakı metrosunda istifadə olunan yolölçən vaqondur. Ayda bir dəfə, xüsusən də bazar günü sərnişinlərin az olduğu vaxt qatara qoşulur. Vaqon bütün xətt boyu hərəkət edərək yolları analiz edir”. Bunu modern.az-a açıqlamasında Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev metronun “VİP” qatarı haqda söz-söhbətə aydınlıq gətirərkən deyib.
Metropoliten rəsmisi məlumatda yazıldığı kimi vaqonun içərisində kondisionerlər, istirahət üçün avadanlıqlar olmasını təkzib edib: “Həmin vaqonun içərisində xüsusi avadanlıqlar var. Bu, bir növ labaratoriyadır. Qeyd edildiyi kimi, kondisonerləri, azuqəsi, divan-kreslosu da yoxdur. Sadəcə işçilər üçün avadanlıqlar, oturacaqlar var. Nəzərinizə çatdırım ki, vaqon sərnişinlərin istifadəsi üçün deyil”.
“Azadlıq” radiosunda metronun Cəfər Cabbarlı stansiyasında “VİP” vaqon göründüyü barədə məlumat yer alıb. Məlumata görə həmin vaqonda kondisioner, divan-kreslo, xüsusi azuqə və s. olub. Metropoliten işçiləri sərnişinlərin vaqona daxil olmasına imkan verməyib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər