BolgeXeber.Com » Gündəm » Patriarx həmyerlimizə görə cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi-FOTO

Patriarx həmyerlimizə görə cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi-FOTO

12-02-2015, 13:50
Oxunub: 3 112 "Güman edirəm ki, gələcəkdə ölkələrimiz arasında ictimai münasibətlər daha da genişlənəcəkdir"

Kiyev və bütün Ukraynanın Patriarxı Filaret, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevə təşəkkür məktubu ilə müraciət edib.Ölkə başçısı cənab İlham Əliyevə xoş sözlərlə müraciət edən Filaret, xalqlarımız arasında sıx dostluq münasibətlərlərinin olmasını, ölkəsinin ağır hərbi əməliyyatlar zamanı əziyyət çəkdiyi bir zamanda Azərbaycanın Ukraynaya dəstək olmasını və humanitar yardım göstərməsini məktubunda xüsusilə qeyd edib. Patriarxın məktubunda deyilir:"Sizin Respublikanın vətəndaşı, Ukrayna və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişafı istiqamətində fəal və eyni zamanda müstəsna əməyi olan, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov, mənim tərəfimdən Ukrayna provaslav kilsəsinin təsdiqi üzrə Ukraynada mənəviyyatın ifadəsində xidmətlərinə görə ikinci dərəcəli Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir ordeni ilə mükafatlandırıb.
Azərbaycan Respublikası vətəndaşlarının yüksək vətənpərvərlik ruhunda yetişməsinə və bizim xalqımıza verdiyiniz dəstəyə görə Sizə minnətdarıq.
Güman edirəm ki, gələcəkdə ölkələrimiz arasında ictimai münasibətlər daha da genişlənəcəkdir"

Qeyd edək ki, Kiyev və bütün Ukraynanın Patriarxı Filaretin, həmyerlimiz, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədovu Ukrayna provaslav kilsəsinin təsdiqi üzrə Ukraynada mənəviyyatın ifadəsində xidmətlərinə görə ikinci dərəcəli Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir ordeni ilə mükafatlandırması barəsində məlumat vermişdik. piar.az