Qazax sakini Ramil Usubovdan kömək istəyir
12-02-2015, 14:30
Oxunub: 3 009
[img=left]uploads/1423737462_ra`mil-usubov.jpg[/img]"Xahiş edirəm, mənim təhlükəsizliyimə təminat verəsiniz"
Bolgexeber.com bildirir ki, Qazax rayon sakini Yusubov Qurbət Şahvələd oğlunun Azərbaycan Respublikasının daxili işlər naziri cənab Ramil Usubova ünvanlanmış müraciəti bizimxeber.az-a daxil olub. Müraciətdə deyilir: “Mən 2014-cü ildə rayonun Ürkməzli kənd sakini Çovdar Şükürovdan sələmə ( 10 faizlə ) 2500 manat borc pul götürdüm. Və 2 aydan sonra ona 3000 manat ( 2500 + 500 ) pul qaytardım. O, isə mənə bildirdi ki, sən mənə 1 illik faiz verməlisən. Mən isə onun pulunu tam qaytardığımı bildirdim. O gündən Çovdar Şükürov mənimlə düşmən olub. Dəfələrlə sərxoş vəziyyətdə avtomobilini mənim üstümə sürüb. Bir dəfə onun evinə gedib xahiş elədim ki, bu məsələni yığışdır, ayıbdır. O, isə ov tüfəngini götürüb mənə hədə-qorxu gıldi, güc-bəla ilə oradan qaçıb canımı qurtardım”.
Müraciətin sonunda şçikayətçi cənab Ramil Usubovdan kömək istəyir: “Cənab nazir! Çovdar Şükürovu rayonda hamı məşhur sələmçi kimi tanıyır və pullu olduğu üçün hüquq-mühafizə orqanları onun xatirinə dəymək istəmir. Sizdən xahiş edirəm, mənim təhlükəsizliyimə təminat verəsiniz”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər