Şamaxıda sahibkarlardan pul yığılır - ŞİKAYƏT
12-02-2015, 14:30
Oxunub: 3 618
Şamaxıda yerli sahibkarlardan vergi və müxtəlif fondlara köçürmələr adı altında kütləvi şəkitldə pul yığılır. Bu barədə JAM.AZ-a rayondakı iş adamları məlumat veriblər.
Onlar bildiriblər ki, Şamaxının icra başçısı Asif Ağayevin tələb etdiyi pul hansısa fondlara və təşkilatlara köçürmək üçün nəzərdə tutulub. Və tələb olunan məbləğin vergi işçilərinə verilməsi istənilir. Eyni zamanda, Regional Vergi İdarəsinin rəisi də indidən illik vergini toplamağa başlayıb və bu rəqəm obyektlərin böyük və kiçikliyindən asılı olaraq, 400 manatdan başlayıb, 20 min manata qədər yüksəlir.
Sahibkarlar deyirlər ki, ilboyu qazandıqlarının bu şəkildə əllərindən alınmasından beziblər. Məsələ ilə bağlı dövlət başçısına müraciət edən şamaxılı iş adamları kömək istəyirlər. Onlar bildirirlər ki, artıq bu şəkildə fəaliyyət göstərə bilmirlər.
Yazıda adı keçən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər