Bakıda məktəbliləri vuran “KamAZ” sürücüsü həbs edildi
12-02-2015, 15:05
Oxunub: 3 474
Vurulan uşaqlardan biri ölüb
Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu Binəqədi rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Bolxeber.com-a daxil olan məlumatda bildirilir ki, hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla bir piyadanın ölümünə, digərinin isə xəsarət almasına səbəb olan sürücü tutulub. Belə ki, fevralın 9-da saat 13 radələrində rayonun Rəsulzadə qəsəbəsi ərazisində “KamAZ” markalı 28-BA-505 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Cəfərov Vsuhi Qəhrəman oğlunun yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyadalar - Mikayılov Hüseyn Vaqif oğlunu və Feyzullayeva Zivər Vüqar qızını vurması nəticəsində sonuncunun hadisə yerində ölməsi, H.Mikayılovun isə xəsarətlər alması faktı ilə bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən V.Cəfərov tutulub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, yük maşının vurduğu piyadalar orta məktəb şagirdləri olub.
Bolxeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər