BolgeXeber.Com » Gündəm » "Azəryolservis"in yeni rəhbəri kimdir? - Tərcümeyi-hal

"Azəryolservis"in yeni rəhbəri kimdir? - Tərcümeyi-hal

12-02-2015, 16:00
Oxunub: 4 216 2003-cü ildən hal-hazırkı vaxta qədər “Azəryolservis” ASC-nin Bakı şəhər 1 saylı Yİİ-nin rəisi vəzifəsində çalışıb

Nəqliyyat Naziri Ziya Məmmədov 10 fevral 2015-ci il tarixdə Saleh Ərşad oğlu Məmmədovun "Azəryolservis" ASC-nin sədri vəzifəsinə müvəqqəti təyinatı haqqında əmr imzalayıb.Bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən bildiriblər. Saleh Ərşad oğlu Məmmədov 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsinə daxil olub, 1980-ci ildə təhsilini başa vuraraq inşaat-mühəndis ixtisasına yiyələnib. Uzun müddət yol təsərrüfatının müxtəlif qurumlarında mühəndislikdən rəis vəzifəsinədək yüksəılib.
1982-1993-cü illərdə “Yol Təmir Tikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində (YTİ) mühəndis, baş mühəndis, rəis, 1991-1993-cü illrdə 3 saylı YTİ-də rəis, 1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpütikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol İstismar İdarəsinin (Yİİ) rəisi, 1 saylı Yİİ-nin rəisi vəzifəsində çalışıb. 2003-cü ildən hal-hazırkı vaxta qədər Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Bakı şəhər 1 saylı Yİİ-nin rəisi vəzifəsində çalışıb.
S.Məmmədov 2010-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub, 2012-ci ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
Yol təsərrüfatındakı çoxşaxəli fəaliyyəti, qazandığı təcrübə, eyni zamanda, təşkilatçılıq bacarığı nəzərə alınaraq nəqliyyat naziri Ziya Məmmədovun 10 fevral 2015-ci il tarixli əmrinə əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədri vəzifəsinin müvəqqəti icrası Saleh Ərşad oğlu Məmmədova həvalə edilib.
Bolgexeber.com