BolgeXeber.Com » Gündəm » 22 yaşlı gənc bacısının nişanlısını öldürdü:"Bizə tez-tez gəlirdi"

22 yaşlı gənc bacısının nişanlısını öldürdü:"Bizə tez-tez gəlirdi"

13-02-2015, 10:10
Oxunub: 4 197 Bakıda qətl hadisəsi baş verib

Sabunçu Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə Maştağa-Zabrat şossesi, Yeni Yaşayış massivində qeydə alınıb.Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Elvin Elşən oğlu Cavadov aralarında yaranan münaqişə zəminində bacısının nişanlısı, 1991-ci il təvəllüdlü Habil Aslan oğlu Abdullayevi bıçaqlayaraq qətlə yeitirib.Qətl hadisəsini törədən E.Cavadov tutulub. Elvin Cavadov ilkin ifadəsində bacısının nişanlısının onların evinə tez-tez gəldiyi üçün öldürdüyünü bildirib.
Bolgexeber.com