BolgeXeber.Com » Gündəm » Ucarda “Unibank” tərəfindən aldadılan müəllimə vətəndaşlara müraciət edir

Ucarda “Unibank” tərəfindən aldadılan müəllimə vətəndaşlara müraciət edir

20-02-2015, 12:59
Oxunub: 5 730 Ucarda “Unibank” tərəfindən aldadılan müəllimə vətəndaşlara müraciət edirMəkanət Rəsulova: «Keçən ilin oktyabrında mənə mesaj gəldi ki, 1649 manat borcum var, 5 ay ödəmə etdikdən sonra isə həmin borcu mənə 1683 manat olaraq göstəriblər»

Azərbaycanda fəaliyyət göstərən banklarının dələduzluqla məşğul olduğu, müştərilərini aldatdığına dair məlumatlar yayılır. Əhali həmin bankların insanlara necə fırıldaq gəldiyi, hətta buna görə müflis vəziyyətə düşənlərin olduğunu belə bildirirlər. Bu sırada ən çox adı hallanan banklardan biri də Unibankdır.
Bolgexeber.com-a müraciət edən Ucar rayonu, N.Nərimanov küçəsi döngə 2, ev 6 ünvanında yaşayan Məkanət Əli Qızı Rəsulova yazır ki, sözügedən bank onların pulunu mənimsəyib. Belə ki, Unibankın əməkdaşları onun işlədiyi məktəbə gələrək, bankı reklam etmək məqsədi ilə Rəsulovaya platin kartı veriblər. Məkanət Əli Qızı Rəsulovanın müraciətini təqdim edirik:



Ucar rayonu N.Nərimanov küçəsi döngə 2 ev 6 sakini müəllimə Rəsulova Məkanət Əli qızı tərəfindən


M Ü R A C İ Ə T
Unibank saxtakarlıqla bizim ailənin pulu mənimsənilmişdir. Belə ki, Unibankın əməkdaşları işlədiyim məktəbə gəlib bankı reklam etmək məqsədi ilə mənə platin kartı verdilər. Buna görə 2012-ci il tarixdə 500 manat pul kredit götürdüm və vaxtlı-vaxtında ödənişlər etdiyim, aktiv müştəri olduğum üçün kartıma təkrar qoyulmuş 2000 manat kredit pulu 2013-cü il tarixdə götürdüm.Hər ay ardıcıl olaraq 100 manat pulu vaxtlı-vaxtında Unibanka ödəyirdim. İstifadəmdə olan mobil telefonuma Unibank tərəfindən hər ayın 2 -si tarixində mesajlar gəlir və ödəməli olduğum pulun , qalmış borcumun məbləği qeyd edilirdi. 02.09.2014-cü il tarixli mesajda yazılıb ki, cəmi 1649 manat borcunuz qalıb, 03 fevral 2014-cü il tarixdə isə mesajda qeyd edilib ki, 1683 manat borcunuz qalıb. Elə bu rəqəmlər bizi birdən ayıltdı ki, Unibank əslində bizi aldadıb saxtakarlıq yolu ilə pulumuzu mənimsəyir.Sonradan hesabladıq ki, biz Unibanka olan bütün borclarımız 2014-cü ilin Oktyabr ayında ödəyib qurtarmışıq.Sadəcə olaraq mən hər ay 100 manat ödəməklə səhv etmişəm.Çünki elə ay olub ki, mən 60 manat ödəməli olsamda 100 manat ödəmişəm.Bundan istifadə edən Unibank saxtakarlıq edib mənə heç bir xəbərdarlıq etmədən mənə əlavə pul ödətdiriblər. Mən bu barədə Unibanka zəng edib bildirdikdə məni borclu çıxartdılar, qabaqdan gəlmişdik etdilər. Necə olur pulu artıqlaması ilə ödəyərkən borcumun sentyabr ayında 1683 manat qaldığı göstərilir və 5 ay hər dəfə 100 manat ödədiyim halda 02.02.2015-ci il tarixdə Unibank tərəfindən telefonuma mesaj göndərilib borcumun 1683 manat qaldığı qeyd olunur. Bunun adı saxtakarlıq və soyğunçuluqdur.Mən uzun illərdir ki, müəllimə işləyirəm, həyat yoldaşım ağır xəstədir 1-ci qrup əlildir. Həm onun müalicəsi, həm də bərbad vəziyyətdə olan evimizin təmiri üçün bu pulu Unibankdan götürmüşdük. Bu boyda açıq-aşkar saxtakarlıq edirlər sonrada qabaqdan gəlmişlik edib adamı borclu çıxardırlar.Bu haqsızlıqdır.Mən bu qanunsuzluq barədə Prezidentə, Maliyyə Nazirinə, İqdisadiyyat Nazirliyinə və Mərkəzi Bankın sədrinə şikayət edəcəyəm.Mətbuat vasitəsi ilə isə vətəndaşlara müraciət edib xəbərdarlıq edirəm ki, fırıldaqçılıqla, saxtakarllıqla məşğul olan Unibankdan götürdüyünüz kredit pulunun ödənişində diqqətli olun ki, bizim kimi aldanmayasınız.
Bolgexeber.com