BolgeXeber.Com » Gündəm » Qusarın DYP rəisi rüşvət vermədiyinə görə keçmiş hərbçini təhqir edib?-ŞİKAYƏT

Qusarın DYP rəisi rüşvət vermədiyinə görə keçmiş hərbçini təhqir edib?-ŞİKAYƏT

23-02-2015, 08:58
Oxunub: 4 934 Qusarın DYP rəisi rüşvət vermədiyinə görə keçmiş hərbçini təhqir edib?-ŞİKAYƏTDYP rəisi Hacı Hacıyev:"Get kimə nə deyirsən de mən heç kimi saymıram, sənin maşınıda verən deyiləm"

Qusar rayonunun DYP rəisindən şikayət var. Bolgexeber.com-a müraciət edən rayondakı həbi şəhərcikdə yaşayan zabit Namiq Arif oğlu Quliyev bildirib ki, 11.02.2015-ci il saat 23:00 radələrində rayon DYP-nin əməkdaşları onu saxlayıblar.

Hərbçi qeyd edirlər ki, polis əməkdaşlarının onu saxlamasının səbəbi kimi içkili olub-olmadığını yoxlamaq olub. Lakin Namiq Quliyev onlara içkili olmadığını deməyinin də faydası olmayıb. Namiq Arif oğlu Quliyevin Bolgexeber.com-a göndərdiyi məktubu təqdim edirik.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ.
CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ :
AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ.

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORLUĞUNA

Qusar rayonu Hərbi şəhərçikdə yaşayan Quliyev Namiq Arif oğlu tərəfindən

Ə r i z ə

"Məlumat üçün Sizə bildirmək istəyirəm ki, 11.02.2015-ci il tarixdə saat 23 radələrində hərbi şəhərciyin arxasında polis maşını məni saxladı və mənə içkili olmağımı bildirdi, mən isə içkili olmağımı dedim, sənədləri istədi mən isə sənətin evdə olduğunu bildirdim, sonradan mənə dedi ki, burda durmayaq rəisin sukaları var, burda hamam küçəsi tərfə gedək o istiqamətə gedən zaman arxa tərəfdən maşını poliş şöbəsinin ərazisinə keçirdilər, sonra mənimlə otaqda 30 dəqiqə söbət etdilər, bu zaman tabar komandirim gəldi, eyni zamanda mənə evdən zəng gəldi mən evə gəldim, səhər sənədləri aparıb şöbəyə təqdim etdim, DYP Qusar rayon şöbə rəisi mənə bildirdi ki, sənin üzünə adamlar qoyub şərləyib içkili olduğunu sənə sübut edəcəm, mən bu zaman Qusar rayon polis rəisinin yanına getdim o isə mənə qarşı nəzakətsizlik edərək otağından qovdu. 102 xidmətinə bir neçə dəfə zəng etdim bu günə qədər cavab verən olmadı, hətta soruşdum dedilər guya sənədlər prokurorluğa göndərilib. Hərbiçiyə bu kimi əmmələrlə təhqir etmək olmaz, mən ki, Azərbaycan ordusunun müdafiəçisiyəm. Hətta serjant məndən əvvəl pulda istədi mən vermədim. Sonda isə mənim maşınım bu günədək qanunsuz həps olub saxlancda saxlanılır. Mənə heç bir pratakol belə yazılmayıb, bunların məndən istədikləri 300 manat rüşvəti vermədiyimə görə məni incidərək başıma oyun açırlar.
20.02.2014-cü il tarixdə yenidən prokurorluğa çağırdılar və sənədlərimi polisə göndərdilər, polis şöbəsində polis adına ləkə gətirən Qusar rayon DYP rəisi polkovnik leytenant Hacıyev Hacı məni otağına çağırıb, təhqir edir və mən hörmətli Prezidentimizə müraciət edəcəyimi dedikdə mənə bildirir ki, get kimə nə deyirsən de mən heç kimi saymıram, sənin maşınıda verən deyiləm. Mən başa düşmürəm, biz zabitlər hörmətli Prezdentimizə sadiqik, necə ola bilər ki, belə nankor polis rəisi hörmətli Prezdentimizi saymaq istəməsin ona sadiq olmasın, bəs necə o bu vəzifədə xalqın keşiyində durur, amma Prezdentimizə sadiq olmadan, onun barədə də 21 il xidmət etmiş zabit kimi düşünürəm ki, ciddi ölçü götürmək lazımdır, onu polis orqanlarından kənarlaşdırmaq lazımdır.
21.02.2015-ci il tarixdə polisə və prokurorluğa getdim, yenə məni süründürməkdən əl çəkmirlər, məndən əvvəl 500 manat rüşvət istəyən prokurorluğun müstəntiqi Azad Əliyev dünən mənə sənətimin polisə gedəcəyini desədə hələ göndərməyib, bunu onunla əsaslandırır ki, prokuror yerində yoxdur. İndidə mənə zəng edib get kimə nə deyirsən de ancaq biz nə istəyirik onu da edəcəyik. Belə ədalətsizlik olar biz dərdimizi kimə deyək, polislə prokurorluq əlbir olub bu camaatın qanın icirlər. Belə ədalətsizlik olmaz.
Belə ki, prokuror qərar çıxarıb ki, mən içkili olmuşam və müayinədən boyun qaçırmışam, ancaq mən içkili olmamışam, prokurorluq da heç bir araşdırma aparmadan, şantaj xarakterli hərəkətləri ilə məni qanunsuz şərləyir, mənə böhtan atır, bu kimi ədalətsizliyi görüb, bütün dövlət orqanlarına müraciət etmək istəyirəm, mən Silahlı Qüvvələrdə 21 il xidmət etmiş zabit qalmışam bu ədalətsiz məmurların əlində, həttda polkovnik leytenant Hacı Hacıyev mənə deyir ki, hara istəyirsən şikayət et, bütün etdiyin şikayətlər mənə gələcək, məndə istədiyimi edəcəm. Çox xahiş edirəm Baş Prokurordan və Daxili işlər nazirindən bu mənim şikayətimi özünüz araşdırasınız, bu yerli məmurlara araşdırmağa imkan verməyəsiniz.
Hətta bu məmurlar Prezidentimizin göstərdiyi tapşırıqları icra etmirlər. Hörmətli Prezidentimiz Cənab İlham Əliyevin hər dəfə iclaslarda dövlət məmurları qarşısında qoyulan tələbləri yəni “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”.
Sizdən çox xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, mənim maşınımın özümə qaytarılmasına köməkdarlıq edəsiniz və polis adına ləkə gətirən işçilərin ciddi cəzalandırasınız".
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com