BolgeXeber.Com » Gündəm » GDU-nun mətbuat katibinin hansı sözünə inanaq?-AUDİO

GDU-nun mətbuat katibinin hansı sözünə inanaq?-AUDİO

23-04-2015, 15:49
Oxunub: 6 186 GDU-nun mətbuat katibinin hansı sözünə inanaq?-AUDİO“Elm oxumaq, bilik, GDU-da Yadigar müəllimlə getdi.Bu təzə rektor gələndən bazar açıb....... , GDU-ya Yadigar müəllimi kaş yenidən rektor qaytaralar. Belə getməz...”

Ötən gün BTV-yə daxil olan çoxsaylı şikayət məktublarını nəzərə alaraq Gəncə Dövlət Universitetində özbaşınalıqlardan xəbər vermişdik. Xəbərdə universitetdə tələbələrdən rüşvət alınması , pul müqabilində aylıq və ya illik dərslərdən azad edilməsi, həmçinin korrupsiyanın baş alıb getdiyini nəzərinizə çatdırmışdıq. Biz sadalanan məsələlərin həqiqətə uyğun olub- olmadığını aydınlaşdırmaq məqsədilə Gəncə Dövlət Universitetilə əlaqə saxladığımız zaman bizə universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Maqbet Əhmədov cavab verərək söylənənlərin böhtan olduğunu bildirdi. Bu dəfə isə bizə yalnız universitetdəki özbaşnalıqlar barədə deyil ,həm də Maqbet Əhmədovu ifşa edəcək məktublar ünvanlanıb. Bütün məktublarda qeyd edilir ki , Maqbet Əhmədov bir müddət öncə yəni universitetin mətbuat katibi təyin edilməzdən əvvəl özü buradakı özbaşınalıqlara etiraz edir hətta bu barədə daim sosial şəbəkələrdə etirazını bildirib. “Elm oxumaq, bilik, GDU-da Yadigar müəllimlə getdi.Bu təzə rektor gələndən bazar açıb....... , GDU-ya Yadigar müəllimi kaş yenidən rektor qaytaralar. Belə getməz...” , “Universitetimizdə baş verən hadisələr hamımıza məlumdur. Artıq elə bir şərait yaranıb ki, müəllimlərin tələbələrlə münasibətləri tamamilə adiləşib. Tələbələrin oxumaq həvəsini davamlı şəkildə məhv etdikdən sonra müəllim hörməti sıfıra enib. Bir yerdə ki, müəllim tələbələrinin biliyini sərbəst qiymətləndirə bilmir, o yerdə nə savad ola bilər, nə müəllim şərəfi”- bu və bənzər etirazlar Maqbet Əhmədovun universitetin mətbuat katibi olmazdan əvvəl səsləndirdiyi fikirlərdi. Göründüyü kimi vəzifə insanın düşüncəsini tez dəyişir , vicdanını isə tamamən yox edir.
BOLGEXEBER.COM